Yerli özəl sektor Azərbaycanın sənaye istehsalında 10% paya malikdir
Dövlət Statistika Komitəsinin məlumatına görə, yerli kapitallı özəl sektorun Azərbaycanın sənaye istehsalında xüsusi çəkisi 10%-i keçmir. Bu, xarici kapital və dövlət sektorunun üstün olduğu hasilat sənayesinin mövqeyi ilə bağlıdır.
Bu ilin 5 ayında hasilat sənayesində 11,6 mlrd manatlıq mal istehsal edilib. Bu, ölkənin sənaye məhsulunun 77,5%-dir. Neft emalı müəssisələrində 790,8 mln manatlıq mal istehsal edilib. Kimya sənayesi (91,4 mln manat), elektrik enerjisi və qaz (729,7 mln manat), su (76,6 mln manat) istehsalı və bölgüsünə də dövlət nəzarət edir. Beləliklə, yerli özəl sektor bu ilin 5 ayında 1,6 mlrd-lıq sənaye məhsulu istehsal edib. Onun əsas hissəsi (1 mlrd manat) yeyinti sənayesinin payına düşür. 08B
-
- Foto sessiyalar
- 19 İyun 2012 18:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz