Azərbaycanlı fotoqraf London sərgisində

 

Onun Still Life in the Zone (Zonada Natürmort) fotosu Prix Pictet fotoqrafiya üzrə qlobal mükafatın Power (Güc) müsabiqəsində təmsil olunan 12 şəkildən biridir.
 
Mükafatın saytında yer alan məlumata görə, foto 2010-cu ilin dekabrında Ukraynanın Çernobıl şəhərində çəkilib.
 
Müsabiqənin qalibi çərşənbə axşamı məlum olacaq və Prix Pictet təşkilatının fəxri prezidenti Kofi Annan mükafat mərasimində iştirak edəcək.
Power sərgisinin məqsədi yeni milleniumun sosial və ətraf mühit problemlərilə bağlı ictimai bilikləri artırmaqdır, mükafatın saytında deyilir.
Sərgi çərşənbə günü açılacaq və oktyabrın 28-ə kimi davam edəcək. London sərgisindən sonra isə fotolar dünya turuna çıxacaq.
 
Prix Pictet mükafatı İsveçrənin özəl bankı Pictet & Cie tərəfindən 2008-ci ildə yaradılıb və dünyanın nüfuzlu fotoqrafiya mükafatlarından biri hesab olunur.
 
Prix Pictet mükafatının qalibinə 100 min İsveçrə frankı (107 min ABŞ dolları) veriləcək və o, Bankın dayanıqlıq layihələri həyata keçirdiyi regiona səfərə göndəriləcək.
 
Bu ilki qalib İsveçrdə mənzillənən Medair humanitar təşkilatı ilə birlikdə Əfqanıstana səfər edəcək.

Rəy yaz

Mədəniyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti