Açiq mənbələrdən foto.
ABŞ səfirliyində insan hüquqları üzrə vəkillərlə görüş
Bakı/19.04.23/Turan: Aprelin 18-də ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara insan hüquqları üzrə vəkillərlə görüşüb.
ABŞ səfirliyinin məlumatında deyilir ki, görüş zamanı insan hüquqları sahəsində məsələlər müzakirə olunub.
“ABŞ dini etiqad azadlığı, tolerantlıq və fundamental azadlıqların müdafiəçilərini dəstəkləməkdən qürur duyur”, - məlumatda deyilir.
Görüşdə vəkillər Elçin və Zibeydə Sadıqovlar, Cavad Cavadov, Bəhruz Bayramov, Aqil Layıc, Şəhla Hümbətova iştirak ediblər.
“Cənab Gevara bildirdi ki, insan hüquqları ABŞ üçün prioritet məsələdir. ABŞ insan hüquqlarını müdafiə edənləri daim dəstəkləyir. Siyasi məhbuslar məsələsi də müzakirə mövzusu oldu”, - vəkil Elçin Sadıqov Turan agentliyinə bildirib.
Görüşdə ümumi mövqe belə oldu ki, ölkədə siyasi məhbus olmamalıdır, adamlar siyasi səbəblərlə həbs olunmamalıdır, məhkəmələr icra hakimiyyətinin sifarişi ilə vətəndaşların həbsinə qərar verməməlidir. Məhkəmələrin müstəqilliyi təmin edilməlidir”, - Elçin Sadıqov deyib.-03-
-
- Cəmiyyət
- 19 Aprel 2023 12:49
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz