ASEAN ölkələri Ukraynanı dəstəkləyir - Blinken
ASEAN ölkələri Ukraynanı dəstəkləyir - Blinken
Cümə günü ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Laosda Şərqi Asiya ölkələrinin sammitində Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan "yeni heç nə" eşitməyib.
"Onu dinlədim. Onun məni dinləyib-dinləmədiyini deyə bilmərəm, lakin Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü haqqında yeni heç nə eşitmədim", deyə dövlət katibi mətbuat konfransında Turan-ın suallarına cavabda bildirib.
Bu həftə Blinken ASEAN ölkələrinin sammiti çərçivəsində görüşlər keçirib. Bu görüşlərdə Ukrayna mövzusu gündəliyin əsas məsələləri arasında olub, bu barədə səfərdə dövlət katibini müşayiət edən Turan-ın müxbiri xəbər verib.
"İştirakçı ölkələr açıq şəkildə bildiriblər ki, Ukraynaya qarşı bu təcavüzə son qoyulmalıdır, çünki bu təcavüz beynəlxalq sistemin prinsiplərinin, sülh və sabitliyin, suverenliyin, ərazi bütövlüyü və müstəqilliyin əleyhinədir", deyə Blinken bildirib.
Bu il ASEAN forumda həm də Myanmadakı vətəndaş müharibəsinə və Cənubi Çin dənizində ərazi gərginliyinə - blokun nüfuzunu sınayan iki mühüm problemə diqqət yetirilib. Forumda Çinin baş naziri Li Tsyan, Hindistanın baş naziri Narendra Modi, Yaponiyanın yeni baş naziri Sigeru İsiba və digər region liderləri iştirak ediblər.
-
- Maliyyə
- 11 Oktyabr 2024 11:50
Siyasət
-
İnsan Hüquqları Müdafiəçilərinin Müdafiəsi Rəsədxanası (OPHRD) azərbaycanlı hüquq müdafiəçisi Rüfət Səfərovun həbsini pisləyib və ona qarşı ittihamların dərhal ləğv edilərək sərbəst buraxılmasına çağırıb.
-
Dekabrın 21-də Müsavat Partiyasının qərargahında mərhum ictimai fəal Nərgiz Yaqublunun adına təsis olunmuş mükafatın təqdimatı keçirilib. Mükafat hazırda həbsdə olan "III Respublika Platforması"nın (Resplatforma) spikeri Akif Qurbanova təqdim olunub. Müsavat Partiyasının başqanı İsa Qəmbər Qurbanovun Azərbaycanda demokratik, cümhuriyyət dəyərlərinin bərqərar olması uğrunda apardığı ardıcıl mübarizəyə görə bu mükafata layiq olduğunu deyib.
-
Dövlət Departamentinin sözçüsü TURANa bildirib ki, Birləşmiş Ştatlar Gürcüstanda demokratiyanı sarsıtmaqda günahkar olan daha on məmura viza qadağası qoyacaq və bununla da onların ümumi sayı 100-dən çox olacaq.
-
Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.
Rəy yaz