Azərbaycan müstəqilliyin 27-ci ildönümünü qeyd edir
Bakı/18.10.17/Turan: Oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd edilir. 27 il öncə - 1991-ci il oktyabrın 18-də parlament Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması haqda Konstitusiya aktını qəbul edib.
Bu sənədlə Azərbaycan Respublikası bolşevik Rusiyasının işğalı nəticəsində süqut edən 1918-20-ci illər Azərbaycan Demokratik Respublikasının varisi elan olunub.
Konstitusiya aktına əsasən milli və dini mənsubiyyətindən aslı olmayaraq bütün vətəndaşlara tam bərabər hüquqluluq zəmanət verilir.
2006-cı ilə qədər 18 oktyabr bayramı qeyri-iş günü idi. Amma parlament qanunvericiliyə dəyişiklik edərək 18 oktyabr gününü bayram və qeyri-iş günü sırasından çıxarıb.-06D-
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz