Prezident İlham Əliyev.
Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır - İ.Əliyev
Bakı/29.04.22/Turan: Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və bunu açıq-aşkar bəyan edir. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev cümə günü "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda konfransda çıxış edərkən bildirib.
Onun sözlərinə görə, Rusiya əleyhinə sanksiyalar Azərbaycan və Rusiya arasında ticarətə təsir etmir.
O, Azərbaycanın Avropa İttifaqına daxil olması ehtimalını təkzib edib. "Şərq Tərəfdaşlığı" layihəsinin üzvləri buna can atırlar, amma Azərbaycan baxımından bu çox cüzi ehtimaldır", deyə o qeyd edib. -02D-
Siyasət
-
Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian yanvarın 17-də Moskvada danışıqlar aparacaqlar və mətbuata açıqlama verəcəklər, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
-
Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə ictimai fəal Nicat İbrahimin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında Nicat İbrahim "qanunsuz" həbsinə və məhkəmənin gedişinə etiraz olaraq məhkəmə zalında saxlanıldığı şüşə qəfəsə başı ilə zərbələr endirərək intihara cəhd edib.
-
Beynəlxalq Narahat Alimlər Komitəsi həbs edilmiş tədqiqatçı İqbal Əbilovun azad edilməsinə köməklik göstərmək xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
-
Gürcüstanın XİN başçısı Maka Boçorişvili dünən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşüb.
Rəy yaz