ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sazişin əhəmiyyəti nədən ibarətdir?
Çərşənbə axşamı ABŞ və Ermənistan "strateji tərəfdaşlıq komissiyasının" yaradılması haqqında saziş imzalayıb, dövlət katibi Entoni Blinkenin sözlərinə görə, bu, iki ölkə arasında münasibətlərdə "əhəmiyyətli mərhələdir" və "Cənubi Qafqazın daha möhkəm, daha dinc, daha təhlükəsiz, daha müstəqil olmasına şərait yaradacaq".
Rusiyanın Qərbi Cənubi Qafqazdan uzaq tutmaq səylərinin artmasını nəzərə alaraq, bu addım bir çox müşahidəçiləri təəccübləndirib. Ermənistanın əzəli rəqibi olan Azərbaycan bu yaxınlarda Vaşinqton və Brüsselin vasitəçiliyi ilə sülh prosesində iştirakını dayandırdığını açıqlayıb.
Bütün baxışlar Rusiyayönlü "Gürcü arzusu" rejiminin Qərbyönlü etirazları yatırmaqda davam etdiyi Gürcüstan və ABŞ-ın tətbiq etdiyi sanksiyalar üzərində cəmləşdiyi bir vaxtda Vaşinqton və Yerevan səssiz-səmirsiz ABŞ-ın regionda iştirakının gücləndirilməsi haqqında razılıq əldə edib. Bu barədə Turan-ın Vaşinqtondakı müxbirinə Qafqaz diplomatiyasına görə məsul olan iki keçmiş yüksək vəzifəli məmur bildirib.
Saziş çərşənbə axşamı Dövlət Departamentində Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında imzalanıb.
Komissiya müdafiədən iqtisadiyyat və demokratiyaya qədər bir çox sahələrdə əlaqələrin qurulması yollarını axtarıb tapacaq, deyə Blinken bildirib. ABŞ "Ermənistanla təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq edir və onun öz müstəqilliyini və öz ərazisi üzərində suverenliyini təsdiq etmək səylərini dəstəkləyir", deyə dövlət katibi imzalama mərasimində bildirib.
"Biz getdikcə daha güclü tərəfdaşlara çevrilirik və düşünürəm ki, bu, hər iki ölkənin, həmçinin regionun və onun hüdudlarından kənardakı ölkələrin xeyrinədir", deyə o əlavə edib.
Formal olaraq Moskvanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatı vasitəsilə hələ də Rusiyanın müttəfiqi olan Ermənistan bu yaxınlarda bu təşkilatda iştirakını dayandırıb. Səbəb kimi Yerevan Moskvanın təhlükəsizlik sahəsində kömək etmək iqtidarında olmamasını göstərib. Rusiya öz növbəsində ABŞ-ın Cənubi Qafqazda sabitlik yaratmaq iqtidarında olmamaqda ittiham edib.
Konkret addımlara gəlincə, Blinken deyib ki, Vaşinqton sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi tədbirlərini müzakirə etmək üçün Ermənistana ekspertlər qrupu göndərəcək.
ABŞ həmçinin Ermənistanla mülki nüvə əməkdaşlığı haqqında danışıqlara başlayacaq, Yerevan isə ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı mübarizə koalisiyasına qoşulacaq.
Mirzoyan ABŞ-ın regionda möhkəm və uzunmüddətli sülhə yardımda iştirakını alqışlayıb, stabil və mütərəqqi Cənubi Qafqazın "bütün region oyunçularının və daha geniş beynəlxalq ictimaiyyətin maraqlarına uyğun olduğunu" bildirib.
Azərbaycanda keçmiş səfir Riçard Kozlariç kimi bəzi müşahidəçilər ABŞ və Ermənistan arasındakı sazişə şübhə ilə yanaşmaqda davam edirlər. "ABŞ prezidentinin dəyişməsi şəraitində o, adi "şərtlərdə" olduğundan daha az dəyərə malikdir", deyə o, Turan Agentliyinə bildirib.
"... Azərbaycanın ABŞ-ı uzaqlaşdırmaq məqsədi təəccüblü deyil. Bu, Bayden administrasiyasının hakimiyyətdə olduğu müddət ərzində Əliyev rejiminin siyasəti idi. Vaşinqton Ermənistanla bu sazişi imzalamaqla heç nə itirmir", deyə Kozlariç qeyd edib. "Bakıdakı rejim Trampın Baydendən daha çox Azərbaycanyönlü mövqe tutacağına ümid edir, ancaq bunu hələ görəcəyik", deyə o qeyd edib.
-
- Mədəniyyət
- 13 Yanvar 2025 18:38
-
- Maliyyə
- 14 Yanvar 2025 20:30
Siyasət
-
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 23 saylı Nəsimi-Səbail dairəsindən namizəd, fəal Cəmilə Əlişova onun kampaniya keçirməsinə inzibati əngəllərin yaradıldığını bildirir.
-
Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi Azərbaycana ekstradisiyasına etiraz edən Azel TV saytının təsisçisi Əfqan Sadıqovun şikayətini təsdiq etməyib.
-
Demokratik Qüvvələrin Milli Şurasının üzvü Cəmil Hacıyev polis tərəfindən ona qarşı təzyiqin davam etdiyini bildirib.
-
Yanvarın 15-də Yasamal Rayon Məhkəməsi Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a onun vəkili Aqil Layıc bildirib.
Rəy yaz