Açiq mənbələrdən foto.
Münhen konfransında Əliyev və Paşinyan panel müzakirədə çıxış edəcəklər
Bakı/18.02.23/Turan: Şənbə günü axşam yerli vaxtla saat 19:30-da Münhen Təhlükəsizlik Konfransında "Hərəkət edən dağlar? Cənubi Qafqazda təhlükəsizliyin təminatı" mövzusunda panel diskussiya olacaq.
Konfransın saytında bildirilir ki, bu müzakirədə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Gürcüstanın baş naziri İrakli Qaribaşvili və ATƏT-in baş katibi Helqa Mariya Şmidt iştirak edəcəklər.
Bu paneldə moderator Münhen Təhlükəsizlik Konfransının sədri Kristofer Heusgen olacaq. 02B
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz