
Oqtay Əsədov İrana səfər edəcək
Milli Məclisin spikeri Oqtay Əsədov İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının fevralın 14-19-da Tehranda keçiriləcək iclasında iştirak edəcək.
Səfər zamanı Əsədov həmçinin İran parlamentinin nümayəndələri ilə görüşlər keçirəcək. Spikeri Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun üzvləri müşaiyət edəcək. Bu barədə Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov bildirib. -06D-
Siyasət
-
2025-ci il fevralın 15-də və 18-də Day.az saytında Turan İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı böhtan xarakterli iddialar irəli sürülən məqalələr dərc edilib. Bu materiallarda müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edir.
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
Rəy yaz