Robert Köçəryan siyasi partiya yaradır
Moskva/18.10.18/Turan: Ermənistanın keçmiş prezidenti Robert Köçəryan siyasi partiya yaradır və müxalifətə rəhbərlik etmək istəyir. O, RİA Novosti-yə müsahibəsində deyib ki, partiyanın adı ilə bağlı məsələ hələlik həll olunmayıb.
R.Köçəryan siyasətə qayıtmasının səbəbini müxalifət düşərgəsindəki boşluq ilə izah edib və bunu doldurmaq niyyətində olduğunu deyib.
Eyni zamanda deyib ki, hər hansı yüksək vəzifə tutmağa iddialı deyil.
"Vəziyyət elə inkişaf edir ki, durum məni prosesə doğru çəkir və bioqrafiya, xarakter və həyat mövqeyinə görə kənarda qala bilmirsən", - o deyib.
Eyni zamanda R.Köçəryan bildirib ki, qarşıdakı növbədənkənar parlament seçkilərində iştirak etməyəcək, çünki buna "vaxtı yoxdur".
"Mən partiyanı sıfırdan yaratmalıyam və seçkilərə yeni, yenilənmiş komanda ilə getmək istərdim", - o vurğulayıb.02D-
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz