![Hakimiyyət seçkiöncəsi niyə qiymət artımı etdi? – Nəsimi Məmmədli Çətin sualda](https://turan.az/resized/news/2024/mBKCcVRRDilldfZygL7vCvaMXSbseRNRybN12pWG-750-500-resize.webp)
Hakimiyyət seçkiöncəsi niyə qiymət artımı etdi? – Nəsimi Məmmədli Çətin sualda
İyunun 30-da Azərbaycan bir sıra sahələrdə qiymət artımı baş verdi. Ölkədəki qiymət artımı sosial mediada və ictimaiyyətdə narazılıqla qarşılanıb.Bir çoxları hesab edir ki, parlament seçkiləri ərəfəsində belə bir qərarın qəbul edilməsi yanlışdır. Adətən, hökumət seçkiöncəsi belə qərarlar vermir, əhalinin qiymət artımına həssaslığını nəzərə alır. Ona görə də seçkiöncəsi qiymət artımı ilə bağlı qərarın hansı zərurətdən verildiyi müəyyən suallar doğurub.
İndiki halda hökumət bu qərarı niyə verdi və bunun hansısa siyasi səbəbləri varmı?
Bu haqda, eyni zamanda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan “Toplum TV”-nin təsisçisi Ələsgər Məmmədlinin vəziyyəti barədə qardaşı, siyasi şərhçi Nəsimi Məmmədli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
-
- İqtisadiyyat
- 2 İyul 2024 15:19
Çətin sual
-
Bəzi ekspertlər düşünür ki, Azərbaycanın NATO-nun Vaşinqtondakı sammitində iştirakı regionun digər oyunçuları – Rusiya və İranı qıcıqlandıra bilər. Ermənistan artıq tədbirdə iştirakı ilə bağlı razılıq verib. Azərbaycan isə, hələlik, rəsmi cavab verməyib.
-
Avropa Şurasının İşgəncələrə qarşı Komitəsi (İQK) iyulun 3-də Azərbaycanla bağlı rəsmi bəyanat yayıb. Komitə Azərbaycan hakimiyyətinin onunla davamlı olaraq əməkdaşlıq etmədiyini bildirir.
-
Azərbaycan bu xarici siyasətlə hara gedir?
-
İyunun 21-22 və 24-də Azərbaycanda növbəti dəfə müəllimlərin sertifikatlaşdırılması imtahanı keçirilib. Bu il ilk dəfə prosesə riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər cəlb ediliblər. Eyni zamanda, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri də imtahan veriblər. Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 27 imtahan mərkəzini əhatə edib. Test imtahanlarında 23 448 müəllim iştirak edib.
Rəy yaz