Qiymət artımı nələrə səbəb ola bilər? – Elçin Rəşidov Çətin sualda
İyunun 30-da Tarif Şurası ölkədə bir sıra xidmətlərin və məhsulların qiymətinin artırılmasına qərar verib.
Aİ-92 benzini, dizel yanacağı, metro və avtobusda gediş haqqı artırılıb, məişət tullantılarının daşınması tarifi əvvəlki qiymətinə baxanda 2-3 dəfə qalxıb.
Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.
Gediş haqları isə 0.40 qəpikdən 0.50 qəpiyə yüksəlib.
Ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri də yüksəlib. Əvvəl Bakıdan Sumqayıta avtobusla 60 qəpiyə gedilirdisə, indi bu qiymət 70 qəpikdir.
Bakı-Naxçıvan/Naxçıvan-Bakı təyyarə biletlərinin qiymətinin yuxarı həddi isə 70 manat müəyyən edilib.
İqtisadçı Elçin Rəşidov Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.
-
- Cəmiyyət
- 1 İyul 2024 15:17
Çətin sual
-
Azərbaycan bu xarici siyasətlə hara gedir?
-
İyunun 21-22 və 24-də Azərbaycanda növbəti dəfə müəllimlərin sertifikatlaşdırılması imtahanı keçirilib. Bu il ilk dəfə prosesə riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər cəlb ediliblər. Eyni zamanda, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri də imtahan veriblər. Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 27 imtahan mərkəzini əhatə edib. Test imtahanlarında 23 448 müəllim iştirak edib.
-
İyunun 30-da Azərbaycan bir sıra sahələrdə qiymət artımı baş verdi. Ölkədəki qiymət artımı sosial mediada və ictimaiyyətdə narazılıqla qarşılanıb.Bir çoxları hesab edir ki, parlament seçkiləri ərəfəsində belə bir qərarın qəbul edilməsi yanlışdır. Adətən, hökumət seçkiöncəsi belə qərarlar vermir, əhalinin qiymət artımına həssaslığını nəzərə alır. Ona görə də seçkiöncəsi qiymət artımı ilə bağlı qərarın hansı zərurətdən verildiyi müəyyən suallar doğurub
-
Prezident vəzifəsinə dörd namizəd var: islahatçı deputat Məsud Pezeşkian, keçmiş daxili işlər və ədliyyə naziri, sərt xəttin tərəfdarı Mustafa Purməhəmmədi, nüvə məsələləri üzrə danışıqlarda keçmiş nümayəndə və Xameneyinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, habelə parlamentin spikeri Məhəmməd-Bağır Qalibaf.
Rəy yaz