AZAL müzakirəsinə qoşulmaq istəmirdim, amma dünən AZAL mətbuat katibinin müsahibədə "bizim qiymətlər baha deyil, bizim təyyarələr Avropa istehsalıdır" deməsini görüb, fikrimi yazmaq istədim. Aşağıdakı fotoda Bakıdan və Tbilisidən AZAL və digər hava yollarının qiymətləri göstərilib. Hər halda, Tbilisidən uçan LOT hava yolları Rusiya istehsalı TU-154 ilə uçmur. Nə də AZAL-ın Frankfurta uçuş vaxtı verdiyi yeməklə LOT-un verdiyi yemək arasında 486 AZN-lik fərq yoxdur.
Eyni zamanda, aprel ayı üçün Avropa daxili ucuz hava yollarından da bir neçə qiymət qoymuşam. Hələ mən bir tərəfə 9 funt sterlinq, 9.99 avroya olan uçuşları qeyd etməmişəm.
AZAL özü nə qiymət qoyur, qoysun, özü bilər. Amma Wizzair, Ryanair, Pegasus, Onurair, Atlasjet kimi ucuz hava yollarına şərait yaratmalıdır ki, Bakıdan Avropaya ucuz qiymətə uçmaq istəyən tələbələr, gənclər də bu uçuşlardan yararlana bilsin. Yoxsa, onları çıxarıb, Frankfurta 766 AZN qiymət qoyursa, buna mütləq etiraz etmək lazımdır.
-
- Cəmiyyət
- 3 Aprel 2015 11:23
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz