- Söz istəyirəm
- 13 Fevral 2015, 16:27
- 160
Bu qədər yalan olmaz...
Eynulla Fətullayev oxucunu “E.Rəsulovun Kürdəxanı İstintaq Təcridxanasının qadınlar saxlanılan hissəsində məhbus Lamiyə Quliyevaya öz toxumunu göndərdiyinə” inandırmağa çalışır (haqqin.az saytında 13 fevral 2015-ci il tarixli “Lamiyə Quliyevanın atasının adı (həqiqət anı!)” adlı məqalədə).
Həmin centlmen iddia edir ki, bunun sayəsində süni mayalanma və qadın cəzaçəkmə müəssisəsində möcüzəvi uşaq doğumu baş verib.
Amma bu zaman Eynulla bəy dəmir barmaqlıqlar və ayıq həbsxana nəzarətçiləri arasından spermanın Lamiyə Quliyevanın saxlanıldığı kameraya daşınması prosesi haqqında heç nə demir.
Tutaq ki, Lamiyə öz sevgilisi ilə birlikdə nəzarətçiləri birtəhər ələ alıb. Amma bu belə bu qədər spesifik bioloji materialın mürəkkəb və ehtiyatlı daşınması prosesi üçün kifayət etmir. Axı, mütəxəssislərin iddiasına görə, sperma tez məhv olur.
Buna görə onun daşınması üçün kriokonservasiyadan istifadə edirlər, yəni spermanı əvvəlcə maye azotda dondururlar, daha sonra xüsusi temperatur rejimi olan xüsusi konteynerə yerləşdirirlər və s.
Həbsxana şəraitində süni mayalanma prosesi bundan da çətindir.
Buna görə belə bir sual yaranır: həbsdə olan məhbusun istintaq təcridxanasında sperma nəql etmək üçün azotu və xüsusi konteyneri hardandı?
Odur ki, Eynulla bəy, bu yalanlarınızı özünüzə saxlayın və oxucuları aldatmağa çalışmayın.
-
- Cəmiyyət
- 13 Fevral 2015 17:27
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz