- Söz istəyirəm
- 21 Fevral 2015, 13:32
- 187
Dünən səhər saatlarından manat 34% ucuzlaşıb
Hökumət xalqla çox pis zarafat etdi. Üç gün əvvəl Mərkəzi Bankın sədri deyirdi ki, əhalinin narahat olması üçün əsas yoxdur, pulda heç bir fərq olmayacaq. Xalq uzun illərdir 1 manata təxminən 1.2 dollar almağa öyrəşib. İki həftə əvvəl ölkə prezidenti bəyan edib ki, hökumət manatın kursunu avro səviyyəsind saxlamalıdır. Uzun illər belə də olub.
Cümə günü mətbuat narahatlıqla həftəsonu iki gün bütün bankların işləyəcəyi, onlara bu barədə göstəriş verildiyi haqqında məlumat yayıb. Deməli, nə isə baş verməli idi. Mən banka qaçdım və depozit hesabımda olan son 1000 manatımı dollarla dəyişdim.
Və budur, şənbə günü səhər Mərkəzi Bankın 21 fevral 2015-ci il tarixli qərarı ilə dolların rəsmi kursu 1,05 manat səviyyəsində müəyyən edilib. Azərbaycanda dollar manatdan baha olub, manat isə 34% ucuzlaşıb.
Xalq qiymətlərin necə olacağı ilə bağlı çaşbaş qalıb. Şəbəkə ekspert qiymətləndirmələri ilə doludur. Hökumət ekspertləri susurlar, amma danışsalar belə, indi onlara heç bir inam olmaz.
Vətəndəki doğmalarına pul göndərən Rusiyadakı Azərbaycanlıların nə itirəcək və ya qazanacaq? İqtisadiyyatdan başım çıxdığı qədər, elə məhz 34% itirəcəklər.
-
- İqtisadiyyat
- 21 Fevral 2015 12:15
-
- Cəmiyyət
- 21 Fevral 2015 13:57
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz