- Söz istəyirəm
- 6 Oktyabr 2012, 13:53
- 80
Gürcüstan seçkilərində gördüklərim (Foto - video)
Oktyabrın 1-i Gürcüstanda Parlament seçkiləri keçirildi. Bu seçkiləri tarixə həkk etmək üçün dəyərli dostum Cahangirlə birlikdə Gürcüstana getdik. Təbii ki, getməyə də bilərdik amma gürcü müxalifətinin 100 minlərlə insanı bir araya gətirməsi və
Gürcüstanda olan bir çox jurnalsit dostlarımla söhbətim, bizi ora getməyə məcbur etdi.
Uzun sözün qısası, ayın 1-i tezdən Tbilisiyə çatdıq. Tbilsi vağzalından ünvanımıza getmək üçün taksi sürücüsündən ümumi vəziyyəti öyrənməyə çalışırq. Sürücü də bizim verdiyimiz bütün sualları cavablandırmağa başlayır. Sonda bizi mənzil başına çatdıranda bir az diqqətli olmağımızı və küçəyə çıxmamağı məsləhət gördü.
Heç bir şeyə məhəl qoymadan fotoaparatımızı götürüb şəhərə çıxdıq. Akkreditasiyadan keçmədiyimizdən məntəqələrə girə bilmədik amma orda olan digər jurnalistlərə qoşulub ümumi prosesi çəkə bildik.
Hadisələr sakit tərzdə öz axarı ilə davam edirdi. Hətta iqtidar namizədinin qərargahını çəkən zaman enkürləkli qara eynəklilər bizə tərs-tərs baxırdılar. Hər halda şübhələnirdilər. Biz də gülə-gülə salamlaşıb yolumuza davam edirdik. Bütün günü şəhərdə, insanlarla söhbət edir, insanların seçkiyə münasibətini və s. öyrənirdik. Axşama kimi "macera" axtarışında idik
Beləliklə, gürcü jurnalistlərdən biri mənə axşam 7-də Azadlıq Meydanında böyük mitinq olacağını dedi. Təxminən 7.30 olardı, Azadlıq meydanını ətrafında göy rəngli bayraqlarla bəzədilmiş maşınlar dövrə vurmağa başladı.
Təxminən 15-20 dəqiqə ərzində meydan ətrafında böyük bir səhnə quruldu. İvanaşvilinin kapmaniyasına dəstək verənlər səhnəyə çıxıb, tərəfdaşlarını təbrik etməyə başladı. Ağlayan kim, sevinən kim, öpüşən kim və s. Qələbə artıq bəlli idi. Gecə 2-yə kimi tərəfdaşlarla birlikdə idik. Hətta vəziyyət o həddə çatdı ki, Gürcüstanda yaşayan Azərbaycanlı dostum "istefa" deyə bərkdən qışqırdı. :) Artıq yorulmuşduq biz evə onlar isə, səhərə qədər qələbəni qeyd etməyə getdilər.
Artıq Gürcüstanda tam iki gün qalıb, kifayət qədər məlumat, müsahibə, foto və video çəkmişdik. Səhəri Bakıya qayıtmağı düşürdük. Amma Gürcüstanda olan jurnalist dostlarımız, bir daha bizə xəbərdarlıq edərək sabah "gözlənilməz" hadisə olacağını dedilər. "Ola bilsin sabah seçki qutusundan, İvanişvilinin adı yox, Saakaşvilinin adı çıxsın. Odur, yaxşısı budur bu gün də bizlərlə qalın". Pulumuz bitmək üzrə idi, Cahangirlə razılaşıb 3-cü günümüzü də Gürcüstanda keçirtdik. Hətta İvanişvili ilə müsahibə üçün də səhər cavab verəcəkdilər...
Aksiya və İvanişvilidən müsahibə ləğv olundu...
Maraqlı hadisələr isə bundan sonra başlayacaq. Pulumuz bitib, Cahangirdə 5 manat mən də 9 manat xırda pulumuz qalmışdı. Qarşıda isə 600 km-dən artıq yol. Tbilisidən düz Bakıya. Cahangirin avtostopda böyük təcrübəsi olduğundan razılıq verib avtostopa çıxdıq. Davamını növbəti yazımda yazacam.
Söz istəyirəm
-
Aleksandr Nevzorov Kadırovun adamlarının cinayəti haqqında
-
25 dekabr 2024-cü il tarixində bütün dünyanı sarsıdan faciə baş verib. "Azərbaycan Hava Yolları"nın "Bakı-Qroznı" marşrutu ilə reys həyata keçirən təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Embraer E190 təyyarəsində 67 nəfər olub, ekipaj üzvlərinin peşəkarlığı sayəsində onlardan 2-si uşaq olmaqla, 29 nəfər sağ qalıb.
-
Bakı - Qroznı təyyarəsinin "qəzayə" uğraması ilə bağlı buğun matəm elan edilib. 38 nəfər həyatını itirib. Ağır vəziyyətdə olanlar var, itkilərin sayı arta bilər. Böyük faciədir. Həyatını itirənlərin yaxınlarına baş sağlığı verir, xəsarət alanlara, yaralılara şəfa diləyirik.
-
Əziz Zərifə, bu gün evliliyimizin 30 illiyidir. Sən evimizdə, mən-həbsxanadayam. Vaxtında sənin “Dur! daha yazma!” tələbinə qulaq assaydım, indi yubileyimizi, əhd etdiyim kimi, ilk dəfə qohum-qardaş arasında təmtəraqla qeyd edirdik. Amma mən azad jurnalist kredoma xəyanət etmədim, təhlükəyə baxmayaraq, iti qələmimi yerə qoymadım. Odur ki, bir ildir isti ocağımdan, səndən, candan şirin övladlarımızdan ayrı düşmüşəm.
Rəy yaz