Bu gün səhəri Qadir bəyin vəfatı xəbəri ilə açdım. Çox ağır, üzücü və sarsıntılı xəbər oldu. Azərbaycan xalqı mövqeyi olan bir vətəndaşı, döyüş yolu keçmiş bir qazını itirdi, ölkə mətbuatı qələmin müqəddəs vəzifəsini millətə xidmətdə görən peşəkar bir jurnalisti itirdi, cəmiyyətimiz çox doğru-dürüst bir ziyalını itirdi. Hələ uzun müddət yeri görünəcək Qadir bəyin.
“Azadlıq” qəzetindən tanıyırdım onu. İqtisadçı ekspert kimi həmişə yazılarını, təhlillərini maraqlı oxuyurdum. İqtisadi məsələlərlə bağlı nəyisə dəqiqləşdirmək istəyəndə güman yerimiz idi Qadir İbrahimli. Müstəqillik dövründə cəmiyyətin iqtisadi maarifçiliyinə, sosial-iqtisadi düşüncənin təkamülünə çox böyük ehtiyac var idi. Bu ehtiyacı Qadir bəy fədakarlıqla, yorulmadan, böyük həvəslə ödəməyə çalışırdı.
Zarafatından, maraqlı deyimlərindən qalmırdı, şən, gümrah səsi, maraqlı söhbətləri vardı. Adam onun nəinki 54 yaşında, hətta nə vaxtsa bu dünyadan köçəcəyinə inanmırdı. İki gün əvvəl xəstəxanaya düşəndə də bu tezlikdə həyatla vidalaşacağını düşünmək ağlasığmaz idi. Qadir bəy çoxlarına örnək ola biləcək şərəfli bir ömür yolu keçib. Ailəsinə, yaxınlarına, dostlarına, qələm əhlinə, bütövlükdə xalqımıza ağır itki oldu. Xatirəsinə dərin sayğılarla.
-
- Maliyyə
- 20 May 2022 16:28
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz