- Söz istəyirəm
- 30 May 2013, 15:55
- 150
Rüstəm İbrahimbəyov: Mən Avrointeqrasiyanın tərəfdarıyam
Bəzi kütləvi informasiya vasitələrində Avropaya inteqrasiyanın əleyhinə olduğumu oxuduqda təəccübləndim. Bu yalanı kim və hansı məqsədlə uydurub bilmirəm, amma hələ 20-ci əsrin əvvəllərində dövlətimizin Avropa xalqları ailəsinə daxil olması dədə-babamın arzusu idi, dövlətimizin gələcəyi üçün başqa yol təsəvvür etmirəm.
Azərbaycanın hansısa konkret bloklarda və beynəlxalq və dövlətlərarası ittifaqlarda iştirakına gəlincə, demokratik qüvvələrin namizədi qələbə qazanarsa, keçid dövründə Konstitusiyaya prezidentin səlahiyyətlərininməhdudlaşdırılmasını, hakimiyyət qollarının real balansının təmin edilməsini, dövlətin daxili və xarici siyasətinin ölkənin və xalqın maraqlarına uyğun şəkildə müəyyən edilməsində parlamentin və ona hesabat verən hökumətin rolunun gücləndirilməsini nəzərdə tutan düzəlişlər razılaşdırılmalı və referenduma çıxarılmalıdır.
Çoxpartiyalı əsaslarla yeni ədalətli və düzgün seçkilər keçirilməlidir ki, bu, Azərbaycan xalqına iradəsini bildirmək yolu ilə öz prioritetlərini və seçimini müəyyən etmək imkanı verəcək.
Amma bu qədər irəli baxmayaq. Hər şeyin öz vaxtı var. Formalanması yenicə başa çata Milli Şura keçid dövrü üçün yaradılıb və əsas diqqəti qarşıda duran prezident seçkilərinə yetirməlidir. Bu gün bizim hər birimiz heyəti yaxın günlərdə açıqlanacaq Milli Şuranın işinə vicdanla və şərəflə şərait yaratmalıyıq.
-
- Siyasət
- 30 May 2013 16:03
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz