"Turan"ın 30 yaşı tamam oldu. Azərbaycan şəraitində öz sözü, öz səsi, öz siması olan bir informasiya qurumunun 30 il yaşaması möcüzə kimi görünür. Kiçik istisnalarla bu 30 ildə "Turan" ardıcıl və davamlı olaraq fəaliyyət göstərib və onun fəaliyyəti cəmiyyətin fikrinin və məramının cilalanmasında əvəzsiz rol oynayıb.
Bu illər ərzində çox şey dəyişdi, çoxlarının sığınmadığı qoltuq (kreslo demək istəyirəm) qalmadı, fəqət "Turan" təmkinini pozmadı, öz prinsiplərinə sadiq qaldı, öz yolunu davam etdirdi. Bu yol Azərbaycan mətbuat tarixinə heç şübhəsiz ki, "Turan" yolu kimi daxil olacaq, əslində isə olub.
Son 30 ilin təlatümləri içərisində "Turan" yalnız ölkəmizdə deyil, beynəlxalq aləmdə də doğru xəbər, obyektiv informasiya, gercək təhlil mənbəyi kimi tanınıb, bu etibarı qazanıb. Həmin etibarın əməli nəticələrini biz yaxın keçmişdə agentliyin rəhbəri Mehman Əliyevin saxta bir ittihamla həbs edildiyi zaman gördük. Şübhəsiz ki, belə bir eimad sahibi olmaq "Turan"ın böyük sərvətidir, onun yaradıcı kollektivinin böyük uğurudur.
Uzun illərdir bu agentliklə əməkdaşlıq etmişəm və bundan qürur duyuram. Tələbkar "Turan"ın etibarını qazanmaq tək insanların deyil, dəyərlərin, prinsiplərin, talelərin dəyişdiyi çağdaş zəmanəmizdə özü də bir dəyərdir. "Turan"ın ən böyük uğuru onun davamlı olaraq haqqın yanında dayanması və haqqa tamınmağı özünün həyat amalına çevirməsidir. Bir informasiya orqanı kimi "Turan" hekayəsi həqiqətdən keçir, onu bu 30 il ərzində yaşadan da, güvən yerinə çevirən də, sözünü təpərli, simasını etibarlı edən bu HƏQİQƏTDİR!
-
- Cəmiyyət
- 7 May 2020 17:30
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz