Oqtay Gülalıyev
Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə
7 yanvar 2021-ci il tarixində hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Füruzə Gülalıyeva həyat yoldaşının koma vəziyyətinə düşməsinə səbəbkar olan həkimlərin məsuliyyətə cəlb edilməsinin barədə ərizə ilə sizə müraciət edib. Bu müraciət 25 dekabr 2020-ci ildə Nəsimi Rayon Prokurorluğu cinayət işinin başlanmasından imtina etdikdən sonra edilib. 2020-ci ilin sentyabrında bu barədə material avtonəqliyyat cinayəti ilə bağlı işdən ayrılıb. Yanvar ayından Nəsimi prokurorluğu sizin şəxsi nəzarətiniz altında araşdırmaya başlayıb.
Füruzə Gülalıyevanın sizə məktubu açıqlandıqdan sonra yanvarın 25-də Nəsimi Rayon Prokurorluğu araşdırmanı təzələyib. Lakin uzun müddət keçməsinə baxmayaraq, indiyədək heç bir nəticə yoxdur, yaxud həmin nəticələr F.Gülalıyevaya, O.Qülalıyevin övladlarından gizli saxlanılır.
Naməlum səbəblərdən prokurorluq indiyə kimi Gülalıyevin hansı səbəblərdən özəl klinikaya müşayiət sənədləri, o cümlədən MRT müayinəsi sənədlər olmadan göndərilməsi, niyə onun vəziyyəti sürətlə pisləşməsinə baxmayaraq lazımi şəkildə müayinə edilməməsi suallarına aydınlıq gətirmir və ya gətirmək istəmir. Uzun sözün qısası, prokurorluq Oqtayın ölümcül vəziyyətə düşməsinin səbəbləri və buna görə məsuliyyət daşımalı şəxslərin dairəsi haqqında məsələlərə aydınlıq gətirmir.
Mən, Mehman Əliyev 30 oktyabr 2019-cu il tarixindən Oqtay Gülalıyevin işinin hüquqi və tibbi tərəfilə əlaqədar məsələlərdə iştirak edən şəxs kimi yuxarıda qeyd olunanlarla əlaqədar sizdən xahiş edirəm ki, 25 yanvar 2020-ci il tarixində başlanmış araşdırmanın nəticələrini ictimaiyyətə təqdim edəsiniz.
Hörmətlə,
Mehman Əliyev, Turan İnformasiya Agentliyinin direktoru
-
- Cəmiyyət
- 16 Dekabr 2021 14:11
Söz istəyirəm
-
Bu gün 2014-cü ilin fevralında başlayan rusiya təcavüzünün Ukraynaya qarşı genişmiqyaslı müharibəyə çevrilməsindən 1000 gün ötür. Min gün davam edən ağrı, itki, göz yaşı...
-
Dörd il əvvəl 7 minə yaxın insanın həlak olduğu İkinci Qarabağ müharibəsi başa çatdı. Daha sonra ermənilər Azərbaycanın "antiterror əməliyyatları" adlandırdığı döyüşlər nəticəsində Qarabağı tərk etdilər.
-
Ukraynada Rusiya təcavüzünün səbəb olduğu vəhşi, qanlı müharibə davam edir, bu müharibə hər gün insan həyatına son qoyur, evləri, infrastrukturu dağıdır, ekologiyaya və ətraf təbii mühitdə saysız-hesabsız itkilərə səbəb olur. Ukrayna bu dünyada hər kəsdən çox sülhə can atır, çünki bu Rusiya-Ukrayna müharibəsinin vəhşiliyini hər gün hiss edən bizik. Biz yaşamaq hüququ, azadlıq və ədalət uğrunda mübarizənin önündəyik. Ukrayna Avropanın və dünyanın sabit gələcəyi üçün etibarlı əsasa çevriləcək ədalətli sülh axtarır və buna yeganə alternativ yol Ukrayna Prezidenti Volodımır Zelenskinin Sülh Formulasıdır (Ukrayna Sülh Formulası).
-
Sıra nömrəsindən asılı olmayaraq, ümumdünya COP tədbiri yalnız iqlim dəyişikliyinə deyil, həm də humanizmə xidmət edən bir aksiyadır. COP keçirən ölkədə siyasi məhbus ola bilməz, COP keçirən ölkə insan haqlarına hörmət etməlidir.
Rəy yaz