Açiq mənbələrdən foto.
Turan “Astrazenek” haqda suallara cavab axtarışında
Bakı/18.03.21/Turan: Turan İnformasiya Agentliyinin direktoru Turan Mehman Əliyev Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin adına yazılı informasiya sorğusu göndərərək agentliyin suallarını cavablandırmağı xahiş edib. Belə ki, martın 12-dən Mehman Əliyevin e-mail və telefon vasitəsilə bu sualların cavablarını əldə etmək cəhdləri nəticəsiz qalıb.
Suallar belədir:
1. “AstraZeneka” vaksininin tədarükü haqqında saziş nə vaxt, kim tərəfindən və kiminlə imzalanıb?
2. Sazişə əsasən tədarük ediləcək “AstraZeneka” vaksininin miqdarı və məbləği nə qədərdir?
3 .Dünyanın bir sıra ölkələrində vaksinin tətbiqinin dayandırılması ilə əlaqədar “AstraZeneka” vaksininin tədarükü haqqında sazişin icrası dayandırılacaq, ya davam etdiriləcək?
Kütləvi informasiya vasitələri və və İnformasiya azadlığı haqqında qanunlarına görə, cavab müvafiq olaraq 24 saatdan və 7 gündən gec olmayaraq təqdim edilməlidir. Sonra məsələyə məhkəmə qaydasında baxılır.
Mehman Əliyev həmçinin ombudsman Səbinə Əliyevaya məktub göndərib:
2021-ci il martın 12-dən “AstraZeneka” vaksinilə əlaqədər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə ünvanladığım suallara cavab almağa çalışıram. Martın 15-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri cənab Zaur Əliyevə rəsmi yazılı informasiya sorğusu göndərdim.
Sualları kütləvi informasiya vasitələri, informasiya azadlığı haqqında qanunlar çərçivəsində ünvanlayıram, amma cavab ala bilmirəm. Qanunvericiliyin kobud şəkildə pozulması göz önündədir”, - məktubda deyilir.
Məktubda Mehman Əliyev ombudsmandan qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində informasiya sorğusuna cavabın təmin olunmasını xahiş edir.
"Təəssüf ki, dövlət orqanları ilə kütləvi informasiya vasitələrinin qarşılıqlı əlaqəsini əhatə edən dövlət informasiya siyasəti kollaps vəziyyətindədir. Kütləvi informasiya vasitələrilə əlaqə sistemi yoxdur ki, bu da informasiya təsirinin effektivliyini kəskin şəkildə azaldır. Məmurlar ancaq öz istədikləri şeyləri deyirlər ki, bu da
hökumət informasiya axınını və onun ictimai rəyə təsirini kəskin şəkildə məhdudlaşdırır. Dövlət və cəmiyyət arasında yaranmış informasiya vakuumunun səbəbi də budur.
Dövlət və cəmiyyət arasında yaranmış informasiya vakuumunun səbəbi də budur. İnformasiya sorğuları vəziyyəti düzəltmək üçün istifadə etməyə çalışdığımız vasitələrdən biridir", - Mehman Əliyev qeyd edib. –0-
-
- Siyasət
- 18 Mart 2021 17:06
Siyasət
-
Noyabrın 15-də zoomüdafiəçi Kamran Məmmədli COP29 iqlim konfransı ərazisində etiraz aksiyası keçirərkən saxlanılıb. O, küçə itlərinin vurulmasına etiraz edib.
-
"Abzas Media"nın həbsdə olan jurnalistlərin təzyiqə məruz qaldıqları bildirilir. Jurnalistlərin yaxınlarının məlumatına görə, Nərgiz Absalamova saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında noyabrın 14-də nəzarətçi tərəfindən təhqirə məruz qalıb.
-
Noyabrın 15-də Tbilisi Şəhər Məhkəməsi Azərbaycanın Azel.Tv saytının rəhbəri Əfqan Sadıqovun Gürcüstanda siyasi sığınacaq almaq müraciətinə imtina cavabı ilə bağlı şikayətinə mahiyyəti üzrə baxıb.
-
ABŞ uzun müddətdir ki, Azərbaycanla energetika və fosil yanacaq tullantıları üzrə əməkdaşlıq edir. Əsasən, söhbət CO2 karbon dioksid tullantılarını azaldan və təmiz enerjiyə keçidə kömək edən texnologiyalardan gedir. Bu barədə noyabrın 15-də Bakıda COP29 zamanı mətbuat konfransında ABŞ-ın energetika naziri Cennifer M.Qranholm Turan-ın “Bərpa olunan və yaşıl enerjiyə keçiddə ABŞ Azərbaycana necə kömək edə bilər? sualının cavabında deyib
Rəy yaz