Açiq mənbələrdən foto.
Naxçıvan elitasının çökdürülməsi vüsət alır, maliyyə naziri həbs edilib
Bakı/28.11.22/Turan: Noyabrın 26-da hakim Ülviyyə Şükürovanın sədrliyilə Bakının Səbail Rayon Məhkəməsi Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rəfael Əliyev 4 aylıq istintaq müddətinə həbs edib.
Səbail məhkəməsindən Turan-a bildiriblər ki, nazir Cinayət Məcəlləsinin 179.4-cü maddəsilə (külli miqdarda mənimsəmə) təqsirli bilinib.
Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə və 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. Əliyevin vəkilləri və qohumları onun həbsini hələlik şərh etməyiblər.
Xatırladaq ki, ötən həftə Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Gömrük Komitəsində əməliyyat keçirərək, bu qurumun şöbə rəisi Mənsur Əsgərovu saxlayıb. Noyabrın 24-də Bakının Səbail Rayon Məhkəməsi onu da 4 ay müddətinə həbs edib. O 132 milyon manatı mənimsəməkdə ittiham olunub.
Qeyri-rəsmi məlumatlara görə, Naxçıvan gömrüyündə 10 nəfər həbs edilib. Hələlik Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvanda korrupsionerlərə qarşı əməliyyatın gedişi və nəticələri barədə ətraflı məlumat verməyib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının dövlət məmurlarının həbsini yerli məhkəmə deyil, Bakının Səbail Rayon Məhkəməsi həyata keçirir.
Müşahidəçilərin fikrincə, güc strukturlarının əsas zərbəsi “Naxçıvan xanı” - Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova yönəlib. Azərbaycanın bu muxtar regionunda bütün məsələləri ancaq o həll edir və bu cür yüksək məmurların həbsi şəxsən ona təsir etməyə bilməz. Uzun müddətdir ki, Talıbovun avtoritar hakimiyyəti vətəndaşların minimum hüquq və azadlıqlarının belə tam olmamasına və total korrupsiyaya görə beynəlxalq strukturların tənqid obyektinə çevrilib.
Muxtariyyətdə yüksək vəzifəli şəxslərinin gələcək həbsləri kifayət qədər məntiqli olacaq. 03
-
- İqtisadiyyat
- 28 Noyabr 2022 11:19
-
- Siyasət
- 28 Noyabr 2022 11:51
Siyasət
-
Çeçenistan, Baki-Qroznı marşrutu üzrə hərəkət edən Embraer 190 təyyarəsinin qəzaya uğraması ilə əlaqədar 28 dekabr tarixində matəm günü elan edəcək. Çeçen lideri Ramzan Kadırov tərəfindən imzalanmış fərman yerli "Çeçenya Today" xəbər agentliyi tərəfindən bildirilib.
-
Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan xalqına başsağlığı verib
-
Ağ Ev cümə günü bildirib ki, prezident Co Bayden Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyətlə və “baş verənlər barədə məlumatlandırılır”, Turan-ın müxbiri Vaşinqtondan xəbər verir.
-
Plastik cərrahiyyə fəaliyyətinə dair saxta sertifikatların verilməsinə görə Səhiyyə Nazirliyinin məmurlarına cinayət işi açılıb. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin 27 dekabr tarixli birgə məlumatında deyilir.
Rəy yaz