“Azure” Ticarət Mərkəzinin günahı ucbatından bir milyon manatdan çox iflasa uğradığını bildirən biznesmenin iddiası üzrə məhkəmə başlayıb
Bakı/15.01.22/Turan: Turan Bakı Apellyasiya Məhkəməsində başlayan prosesin işıqlandırılması zamanı milli kommersiya biznesinin, eləcə də Azərbaycan məhkəmə icraatının işinin gizli xüsusiyyətlərini oxucular üçün üzə çıxaracaq. 11 yanvar 2023-cü il tarixində Bakı Apellyasiya Məhkəməsinin (BAM) hakimi Vüsalə Baxışova ilk iclası keçirib, FB-Company kommersiya şirkətinin sahibi Anar Qəribovu və Ağa Əliyevin (vəkil Ənvər Əmirəliyev müdafiə edir) Fuad Rzayevə məxsus “Azure” Ticarət Mərkəzinə (Bakı, Nobel prospekti, ev 5, “Megafan») qarşı iddiasını dinləyib. Ticarət Mərkəzi (TM) öz iddiasını məhkəməyə təqdim edib.
TM sahiblərilə 1285 kv.m ticarət sahəsini icarəyə götürmüş A.Qəribov arasında münaqişə 2019-cu ildən davam edir və 10 cilddə yazılıb. Bu yerdə müxtəlif səviyyəli yolları olan kartinq olub, beş ildir boş qalıb, çünki burada bahalı əsaslı təmir aparmaq lazım idi. Heç kim bu yeri götürmək istəməyib, uzun axtarışlardan sonra icarəyə verənlər Qəribovla razılaşıblar.
Problemlər 2019-cu ilin payızında başlayıb. İcarəyə götürülmüş yerdə iki aydan az müddətdə işlədikdən sonra icarəçi gözlənilmədən icarə haqqının 5 dəfə (!) artırıldığı barədə bildiriş aldıqda başlayıb. Müqaviləni əvvəlki icarə dəyəri əsasında bağlayan Qəribov və Əliyev üçün TM-in sahiblərinin istəyilə müqavilədənkənar məbləği ödəyə bilməyiblər. Çünki əsaslı təmirə, avadanlıq və malların alınmasına pul xərcləyiblər. Böyük məbləğdə kredit götürülüb. İşləyib borcu qaytarmaq lazım idi.
O zaman TM-in nümayəndəsi mühafizə xidmətinin köməkliyilə kirayəçinin işçilərini mərkəzdən çıxarıb və işığı kəsib. Biznesmenlər məhkəməyə müraciət etməli olublar. 35 gündən sonra nəhayət, TM-də elektrik enerjisi bərpa olunub, mağaza işçilərini iş yerlərinə buraxıblar. Eyni zamanda, TM-də icarəçiyə məxsus və müqavilə əsasında quraşdırılmış çoxsaylı reklam bannerləri dağıdılıb. İşıq enerjisinin bərpasından 13 gün sonra kommersantların müqavilənin şərtlərinə uyğun olaraq reklamın bərpası ilə bağlı “Azur”a növbəti müraciətinə cavab olaraq elektrik enerjisini bərpa ediblər. Kirayəçilər yazılı məlumat alıblar ki, guya yığılmış borclara görə icarə müqaviləsi birtərəfli qaydada pozulub. Söhbət onların özbaşına və birtərəfli qaydada götürdükləri kirayə haqqından gedib, lakin təsdiq edilmiş müqavilənin şərtlərinə görə heç bir borc olmayıb.
“Azure” TM Qəribova yazılı məlumat verib ki, yeni tarif üzrə icarə haqqının ödənilməməsi səbəbindən müqavilə münasibətlərinə xitam verilib. Halbuki, əvvəlki qiymət tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə və 2027-ci ilədək müddətə imzalana bilərdi. Eyni zamanda Qəribov onun üstündə qalan problemləri həll etməli olub: tavandan mağazaya və mallara kanalizasiya suyu axıdıblar, elektrik enerjisini kəsiblər, TM mağazanın reklamını götürüb, TM-in mühafizəçiləri pandemiya qadağalarının olduğu aylarda evə malların çatdırılması ilə bağlı ticarəti qadağan ediblər, TM rəhbərliyi mağazaya gedərək orada tikinti işlərinə başlayıb, alış-verişi mümkünsüz edib. Mağazanın hətta icarə haqqının müqavilə dəyərini ödəməsi çətinləşib
Nəhayət, son hadisə, 29 dekabr 2020-ci il tarixində sahibinin xəbəri olmadan mağazanın metal qapısı sındırlıb, avadanlıq və mallar yardımçı otağa aparılıb. Qəribov polisə müraciət edib və malların oğurlanmasıa dair akt tərtib edilib.
Qəribov əvvəlcə Xətai Rayon Məhkəməsinə, daha sonra Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İcarəyə götürülmüş binada tikinti işlərinin yekun məhkəmə qərarına qədər dayandırılması barədə məhkəmə qərarı qəbul edilib. TM məhkəmənin qərarını icra etməyib, mağazanın işinə maneələr davam edib.
Kommersiya Məhkəməsi hakiminin təkidilə TM onun mağazasından 7 kilometr aralıda, yararsız zirzəmidə saxlanılan mallara baxış keçirməyə icazə verib. Məhkəmə-tibbi ekspertiza bütün əmlaka 503662 manat məbləğində ziyan dəydiyini təsdiqləyib. Bundan əlavə, FB-Company və onun şəriki, sahibkar Əliyev 410 994 manat dəyərində malın itdiyini və əldə edilməmiş mənfəətdən şirkətə 390760 manat ziyan dəydiyini bildirib.
Belə görünürdü ki, hər şey aydındır: qanuni hökm çıxarılacaq, ya da münaqişə tərəfləri qarşılıqlı sərfəli yekun qərara gələcəklər. Amma Bakı Kommersiya Məhkəməsi nəinki mağaza sahibinin tələbini təmin etməyib, hətta icarə müqaviləsinə xitam verib, mümkün olmadığı halda Qəribovun TM-ə 29 min manata yaxın icarə haqqı ödəməsini onun üzərinə qoyub. Mağazaya dəymiş ziyan cəmi 39 min manat qiymətləndirilib ki, bu da iddia ərizəsində göstərilən zərərdən 33 dəfə azdır.
FB şirkəti müflisləşib, üstəlik, “Azure” TM-in sahibləri icarə haqqının yeni tariflə ödənilməsini tələb edirlər, halbuki, göstərilən şəraitə görə orada qazanmaq mümkünsüz hala gəlib.
Bakı Kommersiya Məhkəməsi Anar Qəribovun şikayətini təmin etməyib, ona dəymiş ziyanı ödəməyən qərarlar qəbul edib. Daha sonra iddiaçı Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.
BAM-ın ilk iclasında vəkil Əmirəliyev Kommersiya Məhkəməsinin qərarına yenidən baxılması tələbilə iddianı təsdiqləyib. TM bütün ziyanı ödəməli və eyni zamanda, hər iki tərəfin imzaladığı müqavilələr əsasında “Azure” TM-də işin davam etdirilməsinə şərait yaratmalıdır. Zərərçəkmiş tərəfin vəkilləri mal sahibinin razılığı olmadan malların daşınmasına və ziyan dəyməsinə səbəb olmaqla mülkiyyət hüququnu pozan TM sahiblərinin barəsində cinayət işinin başlanmasını tələb edirlər.
Vəkil gecikdiyi üçün münaqişənin ikinci tərəfi dinlənilməyib. Ona görə də yer sahiblərinin kirayəçiyə bu cür münasibətinin səbəblərini öyrənmək, həmçinin aşağı instansiya məhkəmələrinin niyə biznesmenin hüquqlarını müdafiə etmədiyini başa düşmək mümkün olmayıb. TM-in vəkili Turan-ın suallarını cavablandırmaqdan imtina edib və öz telefon nömrəsini bildirməyib.
Yanvarın 18-də Bakı Apellyasiya Məhkəməsində proses davam edəcək. Ümid edirik ki, biznesmenləri maraqlandıran, Azərbaycanda biznesin milli xüsusiyyətlərilə birbaşa bağlı olan məsələlər məhkəmənin növbəti və digər iclaslarında ortaya çıxacaq.
Münaqişənin təfərrüatları ətraflı şəkildə pressklub.az -da işıqlandırılıb
Rəy yaz