dezhur.com
- Söz istəyirəm
- 30 Yanvar 2023, 14:50
- 441
“Media haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi nəticəsində ortaya çıxan problemlərlə bağlı jurnalistlərin və media mütəxəssislərinin MÖVQE SƏNƏDİ
2021-ci ilin dekabr ayında tələm-tələsik parlamentdə müzakirəyə çıxarılıb qəbul edilən, 2022-ci ilin fevralında ölkə başçısının təsdiqləməsilə qüvvəyə minən “Media haqqında” Qanunun, xüsusilə də Media Reyestrinin yaradılması ilə bağlı müddəaların tətbiqi ifadə, media azadlığı ilə bağlı ciddi problemlər yaratmaqdadır. Yeni qanunvericilik media və jurnalistlərin vahid reyestrinin yaradılmasını nəzərdə tutur. Reyestrin aparılması qaydaları ölkə başçısının 26 sentyabr 2022-ci ilə tarixli Fərmanı ilə təsdiq edilib.
Biz - bu müraciəti imzalayanlar, “Media haqqında” Qanunun, xüsusilə onun vahid reyestrin yaradılması ilə bağlı müddəalarının media, ifadə azadlığını məhdudlaşdırmağa geniş imkanlar açdığını aydın görə bilirik. Yeni qanunun tətbiqinin media, jurnalist azadlığına, onların hərəkət və fəaliyyət sərbəstliyinə çox ciddi neqativ təsirlərə məruz qoyması qaçılmazdır. Təəssüflər olsun ki, qanuna, onun media azadlığı ilə bağlı ciddi problemlər yaradan və yaradacaq müddəalarına fərqli yanaşmağa heç bir əsas yoxdur, çünki ümumilikdə qanun Azərbaycan Konstitusiyasına və ölkəmizin tərəfdar çıxdığı başlıca beynəlxalq müqavilələrdən olan Avropa İnsan Hüquqları Konvensiyasına da ziddir, bu, Avropa Şurası Venesiya Komissiyasının rəyində də aydın şəkildə göstərilib, şərh edilib.
Media Reyestrinin formalaşdırılmasına başlandıqdan sonra tənzimləyici orqan olan Medianın İnkişafı Agentliyi uzun müddətdir ki, fəaliyyət göstərən 10-dan artıq medianın reyestrə daxil edilməsindən texniki səbəbləri əsas gətirərək imtina edib, 10-larla media və jurnalistlərə xəbərdarlıq olunub. Həm bu, həm də reyestr formalaşdırılmasından sonrakı mərhələ, 100-lərlə medianın fəaliyyətinə reyestrdə olmamalarına görə xitam verilməsi təhlükəsi yaradır. Hazırda qeydiyyatdan keçməyən medialar, jurnalistlər hətta parlamentin açıq iclaslarına buraxılmır, regionlarda jurnalistlərin peşə fəaliyyətlərini həyata keçirməsinə əngəllər yaradılır. Belə bir xoş olmayan durum, təkcə 100-lərlə mediada çalışanların fərdi problemlərlə üzləşməsi deyil, ölkəmizin media və ifadə azadlığı ilə bağlı gələcəyinə sağalmaz yaralar vuracaq.
Biz, prinsipcə, reyestrin əleyhinə deyilik, ancaq media və jurnalistlər üçün məcburilik prinsipinə söykənməyən, sadəcə, statistik baza rolu oynayan, könüllülük prinsipi üzrə, ifadə, media azadlığını zədələməyən resursun formalaşdırlmasını doğru sayırıq. Media, jurnalistika fəaliyyəti ilə məşğul olan peşəkarlar onsuz da öz fəaliyyət sahələri üzrə rəsmi vergi, habelə, digər rəsmi texniki qeydiyyatına sahibdirlər. Rəsmi qurumlarda olan həmin bilgilərin bir resursda ümumiləşdirilib toplanması daha uyğun olardı. Bütün başqa formalarda yaradılacaq reyestr, mahiyyətcə lisenziya, icazə rolunu oynayacaq, bu da ilk növbədə Azərbaycan Konstitusiyasına ziddir.
Biz, qeyd edilənləri nəzərə alaraq, dünyanın heç bir mütərəqqi ölkəsində belə məzmunda media qanunvericiliyinin mövcud olmadığını vurğulayaraq, “Media haqqında” Qanunun reyestrin yaradılması ilə bağlı müddəalarının, xüsusilə də 65.4.4-cü maddəsinin qanundan çıxarılmasını tələb edirik.
Hörmətlə:
1. Ələsgər Məmmədli
2. Xədicə İsmayıl
3. Şahvələd Çobanoğlu
4. Alya Yaqublu,
5. Aynur Elgünəş,
6. Xalid Ağaliyev
7. Kamran Mahmudov
8. Ülvi Həsənli
9. Mehman Əliyev
10. Rövşən Hacıbəyli
11. Şəmşad Ağa
12. Sevinc Vaqifqızı
13. Şahnaz Bəylərqızı
14. Hüseyn İsmayılbəyli
15. Natiq Cavadlı
16. Gülər Mehdizadə
17. Aynurə Heydərova
18. Tatyana Kryuçkina
19. Hafiz Babalı
20. Esmira Cavadova
21. Nərgiz Absalamova
22. Fərid İsmayılov
23. Aytac Əhmədova
24. Şahin Cəfərli
25. Qənimət Zahid
26. Şəmistan Həzi
27. Elnarə Qasımova
28. Samirə Qasımlı
29. Mustafa Hacıbəyli
30. Samirə Əhmədbəyli
31. İslam Şıxəli
32. Ramin Deko
33. Müşfiq Cabbar
34. Seymur Kazımov
35. Sahilə Aslanova
36. Anar Abdulla
37. Ülviyyə Əli
-
- Foto sessiyalar
- 30 Yanvar 2023 15:49
Söz istəyirəm
-
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
-
20 yanvar ərəfəsində arxivləri yerbəyer edərkən rəhmətlik həmkarım Fərhad Kərimovun mənə verdiyi fotoşəkillər qovluğuna rast gəldim.
-
Yanvarın 7-də prezident İlham Əliyevin yerli telekanallarla mətbuat konfransında Real TV-nin nümayəndəsi belə bir sual verdi: "Trampı bizimlə bir gəmidə görürsünüz..."
-
Çıxışıma təşəkkürlərlə başlamaq istəyirəm. Həyatımın hər mərhələsində yanımda olan ailəmə, yaxın qohumlarıma, dostlarıma təşəkkür edirəm. Şərlənərək həbs edildiyimə görə fiziki olaraq azadlıqdan məhrum edilsəm də, ilk andan bu günə qədər bütün maddi-mənəvi çətinliklərə baxmayaraq, onların yanımda olmasının nə qədər dəyərli olduğunu sözlərlə ifadə etmək mümkün deyil.
Rəy yaz