Açiq mənbələrdən foto.
Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində yeni missiya ilə bağlı xəbəri şərh edib
Bakı/17.01.23/Turan: Yanvarın 17-də Ermənistan KİV bildirib ki, Avropa İttifaqı Ermənistan və Azərbaycan sərhədinə 200 nəfərdən ibarət uzunmüddətli (2 il) missiya göndərməyə hazırlaşır. Guya qərar layihəsi Siyasət və Təhlükəsizlik Komitəsi tərəfindən qəbul edilib və Antiböhran İdarəsinin Mülki Məsələlər Komitəsi onu təqdir edib.
Turan agentliyinin Avropa İttifaqının mənzil-qərargahına sorğusuna Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik üzrə ali nümayəndəsinin ofisindən cavab gəlib. Cavabda deyilir:
"2022-ci il oktyabrın 6-da Praqada Ermənistan, Azərbaycan, Avropa Şurası və Fransa liderlərinin əldə etdikləri dördtərəfli razılaşmaya uyğun olaraq və ali nümayəndə Borrelin təklifilə Avropa İttifaqı Ermənistana yerlərdə vəziyyətin monitorinqi üzrə missiya göndərib.
İkiaylıq mandat ərzində Avropa İttifaqının 40 eksperti monitorinq aparıb və 175-dən çox patrul xidməti həyata keçirib ki, bu da vəziyyətin sabitləşməsinə töhfə verib.
Avropa İttifaqının Cənubi Qafqazda iştirakında növbəti addım kimi hazırda keçid planlaşdırması üzrə yardım qrupu fəaliyyətə başlayıb. O, regionda davamlı sülhə yardım etmək üçün Avropa İttifaqının Ermənistanda mümkün uzunmüddətli missiyası üçün zəmin yaradır. Avropa İttifaqı gərginliyin azaldılması üzrə səylərin dəstəklənməsində öz iştirakını davam etdirəcək və münaqişənin hərtərəfli həlli üçün hər iki tərəflə sıx əməkdaşlığa sadiqdir”. 16B
-
- Maliyyə
- 17 Yanvar 2023 13:57
-
- İqtisadiyyat
- 17 Yanvar 2023 14:28
Siyasət
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
-
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, fevralın 2-dən Tbilisi İstintaq Təcridxanasında quru aclıq edən Əfqan Sadıqov çərşənbə axşamı huşunu itirib. Bu barədə Turan-a onun xanımı Sevinc Sadıqova bildirib.
Rəy yaz