U.S. President Joe Biden
Rus qoşunları Rusiyaya qayıtsa Abrams və Leopard tankları Ukraynaya göndərilməyəcək - Co Bayden
Vaşinqton/26.01.23/Turan: Dünən ABŞ Ukrayna SQ-yə dəstək üçün 31 ədəd M1 Abrams tankından ibarət batalyon göndəriləcəyini elan edib. Eyni zamanda, ABŞ prezidenti Co Bayden Ağ Evdə çıxışında əhəmiyyətli bir məsələni qeyd edib. Xüsusən, o, tankların Ukraynaya göndərilməsinin Rusiya üçün təhlükə təşkil etmədiyini deyib. "Rus qoşunları Rusiyaya... öz yerlərinə qayıtsa, müharibə elə bu gün başa çatar. Bizim istədiyimiz budur, daha dəqiq isə, müharibəyə son qoymaq", deyə o qeyd edib.
Bayden həmçinin bildirib ki, ABŞ və digər NATO üzvləri bir-biri ilə razılaşdırılmış şəkildə hərəkət edir. Bununla da o, Almaniyanın Ukraynaya Leopard tankları göndərməsi üçün Vaşinqtonun Berlinə təzyiq göstərməsi haqqında iddiaları təkzib edib.
Dövlət Departamenti həmçinin Berlin və Vaşinqtonun Ukraynaya Leopard 2 və M1A1 Abrams tanklarının tədarükü ilə bağlı razılıq əldə edə bilmədiyi haqqında məlumatları təkzib edib.
"Son bir neçə günün hadisələri müttəfiqlərimizin və tərəfdaşlarımızın qətiyyətini və birliyini nümayiş etdirdi", deyə mətbuat katibi Ned Prays brifinqdə Turan-ın suallarına cavabda bildirib. 0
-
- Maliyyə
- 26 Yanvar 2023 10:55
Siyasət
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
-
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, fevralın 2-dən Tbilisi İstintaq Təcridxanasında quru aclıq edən Əfqan Sadıqov çərşənbə axşamı huşunu itirib. Bu barədə Turan-a onun xanımı Sevinc Sadıqova bildirib.
-
Fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş diplomat Emin İbrahimovun işi üzrə hazırlıq iclası olub. İclasa hakim Vuqar İbrahimov sədrlik edib. Mahiyyəti üzrə dinləmələr fevralın 12-nə təyin edilib.
Rəy yaz