Sergei Lavrov.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri: “Avropa İttifaqı Bakı və Yerevanla münasibətlərindən sui-istifadə edir”
Bakı/28.02.23/Turan: Avropa İttifaqı çox ciddi şübhələrə səbəb olan qərarlar verərək Ermənistan və Azərbaycanla münasibətlərindən sui-istifadə edir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Baramovla görüşün sonunda keçirdiyi brifinq zamanı bildirib.
"Avropa İttifaqı missiyasının Ermənistana göndərilməsi onun funksiyaları, mandatı ilə bağlı bir çox suallar doğurur. Texniki detallar (missiyanın) çox vacibdir", - Lavrov deyib.
"Brüssel Ermənistan və Azərbaycanla münasibətlərindən sui-istifadə edərək öz missiyasının Ermənistana göndərilməsi barədə qərar verir. Onun müddəti və funksiyaları, eləcə də bunun Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verib-verməməsilə bağlı çoxlu suallar yaranır. Ancaq bu, tərəflərin suveren seçimidir", - Lavrov deyib. 16B
-
- Siyasət
- 28 Fevral 2023 15:19
Siyasət
-
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, fevralın 2-dən Tbilisi İstintaq Təcridxanasında quru aclıq edən Əfqan Sadıqov çərşənbə axşamı huşunu itirib. Bu barədə Turan-a onun xanımı Sevinc Sadıqova bildirib.
-
Fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş diplomat Emin İbrahimovun işi üzrə hazırlıq iclası olub. İclasa hakim Vuqar İbrahimov sədrlik edib. Mahiyyəti üzrə dinləmələr fevralın 12-nə təyin edilib.
-
AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Qazaxıstanın Nəqliyyat Nazirliyinin dərc etdiyi hesabat "ilkin xarakter daşıyır və baş verənlərin səbəbləri barədə nəticə yoxdur". Bu barədə “Rosaviasiya” - Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında deyilir.
Rəy yaz