Fatimə Mövlamlı
Etiraz aksiyasına cəhd zamanı jurnalist xəsarət alıb
Bakı/16.06.23/Turan: İyunun 16-da həbs olunmuş inanclı insanların bir qrup yaxınları Milli Məclisin binası qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Etirazçılar qohumlarının günahsız olduğunu, inanclı şəxs olduqları üçün həbs edildikərini bildirib.
Polis cəhdin qarşısını alıb və aksiya istirakçılarını polis avtomobilinə mindirərək aparıb.
Toplum TV-nin əməkdaşı Fatimə Mövlamlı bildirib ki, hadisə yerindən reportaj hazırlayarkən xəsarət alıb.
“Aksiyanı işıqlandıran zaman polis avtomobili ayağımın üstündən keçdi. Kameram da zədələnib. Məncə avtomobili idarə edən polis əməkdaşı bunu qəsdən edib. Hazırda ayağım şişib, əlil arabası vasitəsi ilə hərəkət edirəm. Mən Travmatologiya Xəstəxanasında rentgen müayinəsindən keçdim. Amma xəstəxana nədənsə rentgen müayinəsinin nəticələri və diaqnozla bağlı mənə məlumat vermir. İndi müayinə olunmaq üçün özəl xəstəxanyaa gedirəm", Mövlamlı qeyd edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, aksiya keçirməyə cəhd edənlər ictimai qaydanı pozduqlarına görə polisə dəvət olunublar.
Jurnalistin dediklərinə gəlnincə Mətbuat xidməti məsələnin araşdırldığını bildirib.-0-
-
- Böyük Şərq
- 16 İyun 2023 16:51
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz