Feminist fəallar Amerika səfirliyinin diplomatik ərazisində aksiya keçirməyə cəhd edib
Bakı/24.06.23/Turan: İyunun 23-də feminist fəallar Amerika Birləşmiş Ştatlarının səfirliyinin ərazisində ABŞ-ın müstəqillik günü münasibətilə keçirdiyi tədbirdə etiraz aksiya keçirməyə cəhd edib. Fəallar Gülnara Mehdiyeva, Sənubər Heydərova və Nərmin Şahmarzadə Gədəbəy rayonu Söyüdlü kəndində baş verənlərə və həbslərə etiraz ediblər.
Mehdiyeva bildirib ki, məqsədləri ölkədəki haqsızlıqlara səssiz qalmamaq olub.
Fəal boğazalarına simvolik olaraq cəmiyyətdəki neqativləri nümayiş etdirmək üçün boğazlarına onları boğan qara əl çəkiblər
Səfirliyin təhlükəsizlik xidməti aksiya iştirakçılarını, həmçinin aksiyanı işıqlandıran “Abzas Media”nın direktoru Ülvi Həsənlini diplomatik ərazindən kənarlaşdıraraq, polisə təhvil verib. Bu zaman Həsənli zorakılığa məruz qaldığını bildirib.
Aksiya iştirakçıları Gülnara Mehdiyeva, Nərmin Şahmarzadə və Sənubər Heydərova, həmçinin Ülvi Həsənli polis avtomobilinə mindirilərək, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə aparılıblar, daha sonra isə sərbəst buraxılıblar.-03-
-
- Siyasət
- 24 İyun 2023 02:08
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz