Açiq mənbələrdən foto.
Azərbaycan 100 min nəfərə düşən məhbusların sayına görə Avropa Şurası ölkələri arasında ilk sıralardadır
Bakı/29.06.23/Turan: İyunun 26-da Avropa Şurasının (AŞ) "Həbsxana əhalisi 2022 (Prison Populations 2022)" adlı hesabatı yayılıb. Sənədi Lozanna Universiteti hazırlayıb.
Hesabatda deyilir ki, hazırda Avropa Şurası ölkələrinin həbsxanalarında ümumilikdə 981 min 575 məhbus cəza çəkir. Ən çox məhbusu olan Avropa Şurası ölkəsi Türkiyədir – 2022-ci ilin sonuna olan göstəricilərə görə, Türkiyə həbsxanalarında 303 min 945 məhbus olub. İngiltərənin 79 min 92, Polşanın 71 min 874, Fransanın 69 min 964 məhbusu var.
Hüquqşünas Xalid Ağaliyev bildirib ki, Türkiyədə hər 100 min əhaliyə 355 nəfər həbsdə olan və ya azadlıqdan məhrum edilmiş şəxs düşür.
"Bu kateqoriyada Türkiyəni qonşu Gürcüstan izləyir – hər 100 min nəfərə 237 məhbus düşür. Gürcüstandan sonra AŞ məkanında Türkiyəni Azərbaycan izləyir – hər 100 min nəfərə 216,8 məhbus düşür. Ölkədə ümumi məhbus sayı 22 334 nəfərdir. Onların 21 713 nəfəri kişi, 621 nəfəri qadındır. Azərbaycan həbsxanalarında xarici ölkələrdən olan 436 kişi, 11 nəfər qadın məhbus saxlanılır. Ümimi məhbusların 12,6 faizi 1 ildən 3 ilədək, 39,6 faizi 3 ildən 5 ilədək, 32.7 faizi 5 ildən 10 ilədək, 13.1 faizi 10 ildən 20 ilədək, 1,7 faizi ömürlük həbsdə olanlardır. Azərbaycan həbsxanalında ümumi məhbus yerlətinin sayı 25 471 olub. Onun cəmi 87,7 faizi tutulub. Ölkə həbsxazna müdiriyyəti və həbsxana işçilərinin sayı ilə bağlı məlumatların məxfi olduğunu əsas gətirərək bu barədə məlumat verməyib", deyə hüquqşünas sənədə istinadla bildirib.
Xatırladaq ki, Azərbaycanda hər 100 min nəfər əhaliyə 2020-ci ildə 208, 2021-ci ildə 215 məhbus düşüb.
Hesabata görə, 2022-ci ildə Macaristanda hər 100 min əhaliyə 194, Litvada 191, Polşada 190 məhbus düşüb. Sənəddə deyilir ki, Ermənistanda ümumilikdə 2 128 məhbus var və hər 100 min əhaliyə 71,6 məhbus düşür.
O, hesabata istinadla məhbusların adambaşına düşən xərcləri barədə də danışıb.
"Azərbaycanda məhbusların illik xərci 2021-ci ildə 64,8 milyon avro olub. Hər məhbusun günlük xərci 7,97 avro təşkil edib. Bu göstərici Ukrayna istisna olmaqla, AŞ məkanında ən aşağı göstəricidir. Azərbaycandan sonra hər məhbusa günlük ən az vəsaiti Türkiyə xərcləyib - 9,81 avro. Daha sonra Gürcüstan (10,55), Moldova (12,7) və Bolqarıstan (13) gəlir. Hər məhbusa gündəlik İrlandiya 1207, Norveç 378, Lüksemburq 327, İsveç 322, Lixtenşteyn 300 avro xərcləyib. Ermənistan hər məhbusa günlük 32 avro xərcləyir. Günlük xərcləmədə AŞ ortalaması 81,41 avro təşkil edir", deyə ekspert qeyd edib. 03
Siyasət
-
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə COP29-un gündəmində olan məsələlər müzakirə edilib.
-
Bazar günü ölkə başçısı İlham Əliyev ABŞ Konqresinin üzvü Avqust Pflugerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
-
İsrail prezidenti İsaak Hersoqun Bakıda keçirilən COP29 iqlim konfransına planlaşdırılan səfəri Türkiyə prezidentin təyyarəsinin uçuşuna icazə vermədiyi üçün ləğv edilib, - deyə bazar günü, noyabrın 17-də Azərbaycan və İsraildəki mənbələr bildiriblər.
-
III Respublika Platforması (ResPlatforma) Dirçəliş Günü ilə əlaqədar Bəyanat yayıb. Bəyanatda Azərbaycan millətinin Dirçəliş Günü təbrik edilir. Həmçinin Bəyanatda 17 noyabr prosesinin Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyinin təmin edilməsi tələbi ilə başlayan mitinqlərin müstəqillik hərəkatının başlanğıcı olması və 17 noyabr prosesinin müstəqilliyin əldə edilərək II Respublikanın qurulması ilə nəticələndiyi qeyd edilir. Bu minvalla ResPlatforma müstəqillik və Qarabağ davası uğrunda fədakarlıq göstərən vətəndaşlarımızı, o cümlədən şəhid və qazilərimizi dərin minnətdarlıq hissi ilə yad edir.
Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsinə Amerikadan baxış – Aleks Raufoğlu Çətin sualda
Xəbər lenti
-
- Siyasət,
- 11:55
- 478
Rəy yaz