Açiq mənbələrdən foto.
Ecofront Söyüdlü üzrə hökumət komissiyasının işinin nəticələrinin açıqlanmasını tələb edir
Bakı/04.07.23/Turan: Ecofront ictimai təşkilatı Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Söyüdlü kəndi üzrə hökumət komissiyasının işinin yekunlarını açıqlamaq istəməməsi barədə həqiqətlərin dünya birliyinin diqqətinə çatdırılması üzrə müxtəlif istiqamətli tədbirlərin başlandığını elan edib.
"Onlar hətta Söyüdlüdə qızıl mədəni müəssisəsinin işindən ziyanın olmadığını bəyan edə bilməzlər, çünki bilirlər ki, belə bir şey bəyan edərlərsə, rüsvay olacaqlar", - Ecofront şərh edir.
İctimai təşkilatın aksiyalarından biri komissiyanın fəaliyyətinin nəticələrinin açıqlanması tələbilə imza toplamaqdır. İmzaların toplanması aşağıdakı platformada aparılır: https://www.change.org/p/save-soyudlu-village-azerbaijan-from-the-claws-of-gold-mining-company-savesoyudlu?recruiter=667407824&recruited_by_id=7380f330-df2a-11e6-9fcc-1779c77e2193&utm_source=share_petition&utm_campaign=share_for_starters_page&utm_medium=copylink&fbclid=IwAR1XcJ8akdYZ1Nbxnf3vOKukjd4HTQmQOqieOzTXyRvK_f6lKgfvcryyL7w
Azərbaycan Respublikasının baş naziri Əli Əsədovun sərəncamı ilə iyunun 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində yaranmış vəziyyətin monitorinqi və qiymətləndirilməsi üçün komissiya yaradılıb. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev komissiyanın sədri təyin edilib.
İki həftə keçməsinə baxmayaraq, komissiyanın işinin nəticələri açıqlanmayıb. Turan-ın sorğusuna cavab olaraq nazirliyin mətbuat xidməti Qurban bayramı günlərində də komissiyanın işinin davam etdiyini bildirib.
"Götürülən nümunələr öyrənilir, analizlər aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək", - nazirliyin mətbuat xidmətinin rəhbəri deyib.
Azerbaijan International Mining Company qızıl hasilatı şirkətinin nümayəndəsi Elşad Məmmədov jurnalistlərə müsahibəsində müəssisədəki tullantıların əhalinin sağlamlığına və ətraf mühitə zərərli təsirinin olmadığını bildirib.
Hasilat Sənayesində Şəffaflığın Artırılması üzrə Qeyri-Hökumət Təşkilatları Koalisiyasının üzvü Fuad Həsənov Turan ilə söhbətində bu rəyə inamsızlığını bildirib.
*İyunun 20-də Söyüdlü sakinləri yaxınlıqdakı qızıl mədəni tərəfindən ətraf mühitin çirkləndiyini bildirərək etiraz aksiyası keçiriblər. Polis aksiyanı sərt şəkildə dağıdıb, 10 nəfər xəsarət alıb. Beş nəfər saxlanılıb və inzibati qaydada 20 sutka həbs edilib. Digər yaşlı bir sakin 1500 manat cərimələnib. Sonradan daha bir neçə nəfər saxlanılıb. Lakin hüquq-mühafizə orqanları saxlanılanların sayı barədə məlumat vermirlər.03B06
Cəmiyyət
-
İsti hava dalğalarının təsiri nəticəsində ötən illərə nisbətən bu ilin yayında isti günlərin bir qədər davamlı olacağı ehtimalı çoxdur. İyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi rayonlarda isə normadan bir qədər çox olacağı ehtimal olunur. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyul ayı üçün hava proqnozunda deyilir.
-
Bakıda müxtəlif ünvanlara polis reydləri zamanı Azərbaycan ərazisində yaşama hüququ verən sənədləri olmayan 25 əcnəbi saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
-
İyunun 27-də Milli Məclisin Aparat rəhbəri Fərid Hacıyev bildirib ki, noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransına hazırlıq işlərinin görülməsi ilə əlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik və s. məhdudiyyətlərin tətbiqi qaçılmazdır.
-
Lider mobil operator ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılması standartına uyğunluq sertifikatı əldə edib Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi təqdim etməyi hədəfləyən “Azercell Telekom” MMC növbəti dəfə ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılması standartına uyğunluq üzrə resertifikasiya mərhələsindən müvəffəqiyyətlə keçib. Keyfiyyət auditi “TÜV AUSTRIA AZƏRBAYCAN” MMC tərəfindən aparılıb.
Rəy yaz