Açiq mənbələrdən foto.
Ekspert Ədliyyə Nazirliyinin partiya üzvlərinin siyahılarının yoxlanılması metodikasını tənqid edib
Bakı/19.07.23/Turan: Ədliyyə Nazirliyinin Azərbaycanda 31 siyasi partiyanın "öz təşəbbüsü ilə" ləğv olunmaları barədə bəyanatı böyük şübhə doğurur, xəbəri politoloq Nəsimi Məmmədli bildirib.
"Azərbaycanda siyasi partiyaların fəaliyyəti üçün geniş imkanlar, siyasi pluralizm, sərbəst toplaşmaq azadlığı təmin edildiyi, birləşmək hüququ ilə bağlı problemlərin olmadığı təqdirdə bu tipli bəyanatları səmimi qəbul etmək olardı", deyə o, Turan Agentliyinə bildirib.
Digər tərəfdən, qanun təkrar qeydiyyat tələblərini sərtləşdirir, xüsusən, partiyanın minimum 5 min üzvü olması tələb olunur.
O xatırladıb ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra 66 siyasi partiya dövlət qeydiyyatına alınıb.
"Bunlardan 1993-cü ildə iki partiya məhkəmə qaydasında ləğv edilib. 2021-ci ildə 6 partiya Yeni Azərbaycan Partiyasının sıralarına qoşulduğunu bildirib. Bundan sonra qeydiyyatda olan 58 siyasi partiya var idi. Bu partiyaların çoxluğu nə cəmiyyətdə demokratik proseslər yarada bilmədi, nə vətəndaşların siyasi partiyalara qoşulması üçün hansısa bir müsbət impuls yarada bilmədi. O cəhətdən düşünürəm ki, partiyaların çoxluğu, bu istiqamətdə olan fəaliyyətlər heç də cəmiyyətin demokatikləşməsinə, plüralizmə gətirib çıxarmadı", deyə o bildirib.
Məmmədli partiyaların sayının azalmasının, özlərini buraxmasının ölkədə demokratik proseslərə mane olub-olmayacağı sualına indiki anda birmənalı cavab verməyin çətin olduğunu deyib.
Qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etmiş 27 siyasi partiyanın neçəsinin qeydiyyatdan keçmək imkanları ilə bağlı sualın cavabında siyasi təhlilçi deyib ki, belə görünür ki, burada "qanunvericiliyin norma və tələblərindən daha çox siyasi qərarlar həlldedici olacaq".
"Ədliyyə Nazirliyinin təkcə telefon zəngləri ilə insanların partiyaya üzv olub-olmadığını müəyyənləşdirməsi çətin məsələdir. Üzvlərin müəyyənləşdirilməsi üçün başqa metodlar da seçilməlidir. Təkcə telefon zənginə istinad edilməsi gələcəkdə hüquqi nəticələr doğuracaq. Razı olmayan partiyalar məhkəmələrə müraciət edəcək və Avropa İnsan Haqları Məhkəməsi siyasi hüquqları təmin edəcək və bununla dövlətin də üzərinə müəyyən bir məsuliyyət qoyacaq. Bu nöqteyi-nəzərdən üzvlərin yoxlanılması fəqrli, daha doğrusu, daha şəffaf olsa idi, o zaman bu daha etimadlı ola bilərdi. Hər halda vətəndaş cəmiyyətinin, nazirliklərin yanındakı ictimai şuraların, onun da etimadlı üzvlərinin iştirakı ilə bu yoxalmalar həyata keçirilə bilərdi. Digər tərəfdən də, düşünürəm ki, Azərbaycan kimi antidemokratik bir ölkədə beş min nəfərin bir partiyaya üzv olması çətin məsələdir. Xüsusilə də hakimiyyətin müxalif yönümlü siyasi təşkilatlara münasibətinin nə qədər basqıçı olduğunu nəzərə alsaq, həqiqət bundan ibatərdir ki, hətta müxalif siyasi partiyalara üzv olan insanlar bunu gizlədir. Ona görə ki, bu təqiblərlə, onların işlərini itirməsi ilə, yaxınlarına təzyiqlərlə nəticələnir. Ona görə də düşünürəm ki, Ədliyyə Nazirliyinin seçdiyi metod, siyasi partiyalar, o cümlədən də müxalif siyasi partiyalar üçün çətin bir vəziyyət yaradır", Məmmədli belə düşünür.
Qeyd edək ki, Ədliyyə Nazirliyi artıq iki müxalif partiyanın - REAL və Müsavat Partiyasının siyahılarında "çatışmazlıqlar" aşkar edib və onlara təşkilatların üzvləri haqqında məlumatlara düzəliş etməyi təklif edib. 03B06
-
- İqtisadiyyat
- 19 İyul 2023 16:13
Cəmiyyət
-
Son günlər ictimaiyyətin diqqəti 2024-cü il noyabrın 8-də Bakıda açılışı keçirilən Qarabağ Müharibəsinə həsr olunmuş yeni Qələbə Abidəsi ətrafında yaranan vəziyyətə yönəlib. Azərbaycanın tanınmış memarı və tarixi memarlıq artefaktlarının tədqiqatçısı Elçin Əliyev abidənin detalları ilə bağlı fotoşəkillər çəkməyə çalışarkən mülki geyimdə olan şəxslərin gözlənilməz maneəsi ilə üzləşib.
-
Şəmkir rayonunda suyun səviyyəsinin ildən-ilə azaldığı Zəyəmçay məişət tullantıları ilə çirkləndirilir, yerli sakinlər bildiriblər. Çayın təmizlənməsi üçün aidiyyatı qurumlara müraciət etsələr də, tədbir görülməyib.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq. Gecə bəzi yerlərdə yağış yağa bilər. Mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyinə geçəcək. Havanın temperaturu gecə müsbət 10 +12, gündüz müsbət 13 + 17 dərəcə, rütubət 70-80 faiz olacaq.
-
Dünyanın 28 ölkəsinin 100 universitetini təmsil edən 159 professor və müəllimdən ibarət koalisiya Azərbaycanın ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayevi 2023-cü ilin iyulundan qeyri-müəyyən müddətə ev dustaqlığında olan alim iqtisadçı və ekologiya fəalı, doktor Qubad İbadoğlunun azadlığa buraxılmasını müdafiə etməyə çağırıb. Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyi etdiyi bir vaxtda göndərilən məktubda doktor İbadoğlunun kritik səhhətinə və onun korrupsiya ilə mübarizəyə və qalıq yanacaq sənayesində şəffaflığın təşviqinə verdiyi töhfələrə istinad edərək, təcili tədbirlər görülməsinə çağırılır.
Rəy yaz