Açiq mənbələrdən foto.
Ədliyyə Nazirliyi "ətraflı yoxlamadan" sonra REAL partiyasının cəmi 463 üzvü olduğunu "müəyyən edib"
Bakı/17.07.23/Turan: Ədliyyə Nazirliyi REAL Partiyasının təqdim etdiyi 5118 nəfərlik siyahısından 986 nəfəri partiya üzvü kimi tanımayıb.
Bu barədə Turan-a partiyanın sədri İlqar Məmmədov bildirilib.
Onun sözlərinə görə, iyulun 17-də Ədliyyə Nazirliyindən verilən cavabda reyestrdə adları göstərilən üzvlərlə əlaqə saxlanıldığı, onlardan 986 nəfərin partiyaya üzv olmadıqlarını bildirdikləri qeyd olunur: "Yazıllb ki, daha 1058 nəfərin telefon nömrəsi kimi ofisinizin nömrəsini göstərmisiniz, bunu isə məqbul saymırıq. 2527 nəfər barədə məlumatlar - adı, soyadı, doğum tarixi Əhalinin Dövlət Reyestrində tapılmadı".
Cavabda həmçinin qeyd olunub ki, 68 nəfərin adı təkrar gedib, 16 nəfər isə ölüb: "Beləliklə, Partiyamızın siyahısında cəmi 463 nəfərim adı "keçərli" oldu.
Qanuna əsasən, növbəti 30 gün ərzində ya 4500-dən artıq nəfərin məlumatlarını "düzəltməli", ya da eyni qədər yeni üzv toplamalı, ya da partiyanı buraxmalıyıq".
Partiyanın sədri bu qərarı şərh edərkən qeyd edib ki, Azərbaycan hakimiyyəti özünün 30 illik rəqibləri ilə siyasi şoularını davam etdirmək istəyir.
"Azərbaycan hakimiyyəti seçkilərdə həqiqi respublikaçı müxalifətlə üz-üzə gəlmək istəmir", deyə o qeyd edib.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
İyunun 12-də də Respublikaçı Alternativ - REAL Partiyasının Siyasi Komitəsi üzvlərin reyestrini təsdiq edərək onu Ədliyyə Nazirliyinə göndərib.
Prezident İlham Əliyev bir neçə ay əvvəl "Siyasi Partiyalar haqqında" yeni qanunu imzalayıb.
Sənəd müxalifətdə olan bir çox siyasi partiyalar tərəfindən kəskin tənqidlərə səbəb olub. Müxaliftətdə olan siyasi partiyalar yeni qanunun siyasi fəaliyyətin məhdudlaşdırılmasına, müxalifət partiyalarının sıradan çıxarılmasına yönəldiyini bildirib.
"Siyasi Partiyalar haqqında" qanunda deyilir ki, Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə bilər. Siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün 5000 nəfər üzvü olmalıdır. Bununla yanaşı, dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılır. Həmçinin siyasi partiya üzvlərinin reyestri aparılır.
Qanuna görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. İnzibati Xətalar Məcəlləsinə görə, bu pozuntuya görə, cərimə müəyyən edilib.
REAL Partiyasının sədri İlqar Məmmədov Turan-a deyib ki, Azərbaycan hakimiyyəti özünün 30 illik rəqibləri ilə siyasi şoularını davam etmək istəyir.
"Azərbaycan hakimiyyəti seçkilərdə həqiqi respublikaçı müxalifətlə üz-üzə gəlmək istəmir", deyə o qeyd edib.
-
- Maliyyə
- 17 İyul 2023 14:56
Siyasət
-
COP29 iqlim sammitində əldə edilən razılaşma BMT Baş Katibi Antoniu Quterreş tərəfindən iqlim dəyişikliyinə qarşı qlobal səylərdə mühüm addım kimi qiymətləndirilib. Yüksək səviyyəli müzakirələrin yekununda çıxış edən Quterreş, bu razılaşmanın qlobal istiləşməni 1,5°C həddində saxlamaq məqsədini qorumaq üçün həlledici olduğunu vurğulayıb. Bu hədd iqlim dəyişikliyinin ən pis təsirlərini qarşısını almaq üçün kritik hesab olunur.
-
Noyabrın 23-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda müxtəlif ölkələrdən olan ekofəlallr liderlərin kifayət qədər iqlim maliyyəsi ödənilməsi barədə razılığa gələ bilməməsinə etiraz olaraq aksiya keçirib.
-
Bakıda COP29 iqlim konfransının bağlanışı ərəfəsində Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs olunmuş jurnalistlərin cinayət işlərinə diqqəti yönəldib.
-
Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu sessiyası üzrə danışıqlar 24 noyabr tarixinə qədər uzadılıb. Bu barədə UNFCCC Katibliyindən bir mənbə Turan informasiya agentliyinə məlumat verib. Mənbənin sözlərinə görə, iştirakçılar həmin tarixə qədər yekun sənədləri razılaşdırıb imzalamağı planlaşdırırlar.
Rəy yaz