Bəxtiyar Hacıyev
Vəkil: "Bəxtiyar Hacıyev psixoloji cəhətdən çox gərgindir"
Bakı/12.08.23/Turan: 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan insan hüquqları fəalı Bəxtiyar Hacıyevinin fiziki olaraq normal görünsə də psixoloji olaraq çox gərgindir.
Bu barədə vəkil Rövşanə Rəhimli onunla görüşündən sonra avqustun 12-də "Turan"a deyib.
Vəkilin sözlərinə görə, yeni ittihamlarla əlavə edilən əsassız cinayət işi, habelə buna görə başqa şəxslərin istintaqa cəlb edilməsi Hacıyevdə ruh düşkünlüyü yaradır.
“Ona qarşı qanunsuz sahibkarlıq, rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma, qaçaqmalçılıq və digər yeni ittihamlar üzrə bir sıra insanlar, o cümlədən Bəxtiyarın dostları şahid qismində istintaqda dindirilir. Bütün bunlar Bəxtiyarı çox narahat edir. O insanların ona görə in idilməsindən çox narahatdır”, vəkil qeyd edib.
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Həmin gün Xətai Rayon Məhkəməsi onun barəsində 1 ay 20 sutka həbs qərarı çıxarıb.
Yanvarın 21-də məhkəmə onun həbs müddətini bir ay, fevralın 23-də isə daha iki ay - aprelin 28-də uzadıb.
Fevralın 28-də - aclığın 51-ci günündə Hacıyevin azad edilməsi tələbi ilə keçirdiyi aksiyaya son qoyub.
ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.
İyunun 16-da ona qarşı qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması, sənədlərin saxtalaşdırılması və qaçaqmalçılıqla bağlı yeni ittihamlar irəli sürülüb.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu bəyan edib ki, azərbaycanlı fəal Bəxtiyar Hacıyevə qarşı irəli sürülən yeni ittihamlar Avropa hüquq müdafiə təşkilatından aldığı qrantla bağlıdır.
Təşkilat Hacıyevin işinin presedent yaradacağından, bundan sonra digər fəallara və hüquq müdafiəçilərinə oxşar ittihamlarla təqib dalğasının başlaya biləcəyindən narahatlığını bildirib. 16B06
-
- Cəmiyyət
- 12 Avqust 2023 14:18
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz