Rəcəb Tayyib Ərdoğan: “Ermənistan Zəngəzur dəhlizindən imtina edərsə, kommunikasiyalar İrandan çəkiləcək”
Bakı/26.09.23/Turan: Əgər Ermənistan Zəngəzur dəhlizi layihəsindən imtina etsə, nəqliyyat kommunikasiyaları İran vasitəsilə çəkiləcək. Bu barədə bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi "Bakı-Tbilisi-Qars"dan sonra Cənubi Qafqaz vasitəsilə "Şərq-Qərb" istiqamətində qlobal yük daşımalarının ikinci nəqliyyat arteriyası olacaq.
O, istənilən halda çəkiləcək, lakin onun marşrutunun necə olacağı Ermənistanın siyasi iradəsindən asılıdır, Türkiyə prezident qeyd edib.
Əvvəlcə marşrutun Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında ən qısa yol ilə - Ermənistan ərazisilə keçməsi planlaşdırılırdı.
Ancaq nədənsə Ermənistan belə dəhlizin onun İranla ticarət əlaqələrinə maneə olacağına qərar verib.
Türkiyə prezidenti qeyd edib ki, belə olan halda Ermənistan nəqliyyat marşrutlarının yaradılmasında iştirakdan imtina edərsə, o, İran ərazisilə keçə bilər – bu, onu bir qədər uzadacaq, amma onun tikintisinə maneə olacaq qədər yox.
"İran buna müsbət yanaşır, odur ki, İrandan Azərbaycana yol çəkilə bilər", - Ərdoğan deyib.
Qeyd edək ki, sərhəd boyunca Naxçıvana avtomobil yolunun tikintisilə bağlı Bakı və Tehran arasında razılaşma var. --06B--
-
- Cəmiyyət
- 26 Sentyabr 2023 15:43
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz