162 saylı məktəbin keçmiş direktoru ev dustaqlığında qaldı
Bakı/12.09.19/Turan: Cümə axşamı Bakının Səbayel Rayon Məhkəməsində Azər Tağıyevin sədrliyilə 162 saylı məktəbin keçmiş direktoru Sevinc Abbasovanın işi üzrə hazırlıq iclası olub.
Həmin məktəbin 8-ci sinif şagirdi, intihar etmiş Elina Hacıyevanın valideynləri keçmiş direktorun və Təhsil Nazirliyinin onlara 100 min manat kompensasiya ödəməsi tələbilə məhkəməyə müraciət ediblər.
Prosesin açıq olmasına baxmayaraq, jurnalistləri iclasa buraxmayıblar. Halbuki, bundan əvvəl Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib ki, jurnalistlər bütün açıq məhkəmə iclaslarına buraxılmalıdır.
Jurnalistlərə iclasın yekunlarına dair informasiyanı məktəblinin valideynlərinin vəkilləri təqdim ediblər. Müdafiə tərəfi işin ilkin istintaqa qaytarılması barədə vəsatət qaldırıb, çünki iş kobud səhvlərlə aparılıb.
Əsasən E.Hacıyevanın vəfat etdiyi xəstəxananın həkimləri məsuliyyətə cəlb edilməyiblər, baxmayaraq ki, iki gün ərzində onlar müxtəlif rəylər veriblər. İlkin rəyə görə, E.Hacıyevanın bir ağciyəri yüngül zədələnib. İkinci rəydə isə hər iki ağciyərin funksiyasını itirdiyi göstərilib.
İlkin istintaq müstəqil ekspertin cəlb edilməsi ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etməyib.
Digər vəsatət məktəb direktorunun həbsə alınması barədə rəyin vacibliyi ilə bağlı olub. Hər iki vəsatət təmin edilməyib.
Əvvəllər özünü qismən günahkar sayan S.Abbasova isə indi ittihamları rədd edərək işin dayandırılması barədə vəsatət qaldırıb.
Məhkəmə onun vəsatətini təmin etməyib.
Eyni zamanda məhkəmə müdafiə tərəfinin vəsatətini təmin edərək 100 min manat kompensasiya ödənilməsi barədə zərərçəkən tərəfin mülki iddiasını icraata qəbul edib. Cavabdeh qismində təkcə S.Abbasova yox, həm də Təhsil Nazirliyi cəlb edilib.
Mahiyyəti üzrə dinləmələr sentyabrın 18-nə təyin edilib.
Məktəbin keçmiş direktoru S.Abbasovaya qarşı CM-in 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ölümlə nəticələndikdə) maddələri ilə ittiham irəli sürülüb. Lakin 125-ci maddə (özünü öldürmə həddinə çatdırma) ilə heç kim məsuliyyətə cəlb edilməyib.
Müdafiə tərəfi hesab edir ki, S.Abbasova istintaq müddətində həbsdə olmalıdır, çünki azadlıqda şahidlərə təsir göstərə bilər.
Bundan əlavə, vəkillər E.Hacıyevanı xəstəxanaya daxil olduğu anda xilas etməyin mümkün olub-olmamasını müəyyən etmək üçün təcrübəli mütəxəssisin cəlb edilməsilə təkrar ekspertizanın keçirilməsi barədə vəsatət qaldırıb.
İlkin ekspertiza rəyinə görə, qız xəstəxanaya daxil olduğu anda onu xilas etmək mümkün olmayıb. Lakin Elinanın anası hesab edir ki, ona lazımi yardım göstərilməyib və xəstəxanada nəzarətsiz qalıb.
*2019-cu il aprelin 8-də 162 saylı məktəbin şagirdi Elina Hacıyeva (2004-cü ildə anadan olub) məktəbin üçüncü mərtəbəsindən özünü atıb. Fakt üzrə Bakı Şəhər Prokurorluğunda CM-in 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlayıb.
Məktəbin direktoru S.Abbasova iş üzrə məsuliyyətə cəlb edilib. Ona qarşı CM-in 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ölümlə nəticələndikdə) maddələri ilə ittiham irəli sürülüb. Lakin 125-ci maddə (özünü öldürmə həddinə çatdırma) ilə heç kim məsuliyyətə cəlb edilməyib. 21C--
-
- İqtisadiyyat
- 12 Sentyabr 2019 12:40
-
- İqtisadiyyat
- 12 Sentyabr 2019 12:57
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz