Elçin Sadıqov

Elçin Sadıqov

Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.

"Mənim gəldiyimi yuxarılarına məruzə etmək adı ilə gözlətdilər. Bir müddətdə gözlədəndən sonra dedilər ki, cəmi bir vəkil otağı var orada da vəkil var, ona görə görüş vermirik", deyə Sadıqov facebook-da yazıb. İki saatdan çox gözləyən vəkil cəzaçəkmə müəssisəsindən çıxıb.

Qeyd edək ki, bir müddət əvvəl Aslanov və Ramazanov cəzaçəkmə müəssisəsində hüquqlarının pozulduğunu bildiriblər, saxlanma şəraitinin ağır olması və məhbuslara qarşı rəftarın pis olması haqqında məlumat veriblər.

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti