2104 magistr yeri boş qalıb
Bakı/15.08.18/Turan: Dövlət İmtahan Mərkəzi (DİM) təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə bağlı bəzi statistik göstəriciləri açıqlayıb.
Bu il magistratura səviyyəsində ali təhsil müəssisələrinə qəbul planı cəmi 74.87% dolub. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildiriblər.
Bu, magistratura səəviyyəsində 2104 plan yerinin boş qalması və ya plana 25.13% əməl edilməsi deməkdir.
"Beləliklə, müsabiqənin nəticələrinə əsasən, bu il 6269 bakalavrdan 5752 nəfər Azərbaycan bölməsi, 517 nəfəri isə rus bölməsi üzrə magistratura səviyyəsinə qəbul olunub.
DİM-in məlumatına görə, onlardan 2250 nəfəri dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib.
Məlumatda vurğulanır ki, magistraturaya qəbul 74 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub.
Belə ki, ayrılmış 8373 plan yerinə qeyd olunduğu kimi 6269 bakalavr qəbul olub. -05D-
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz