QMİ Qurban Bayramı ilə əlaqədar tövsiyələr verib
Bakı/15.08.18/Turan: Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qarşıda duran Qurban Bayramı ilə əlaqədar tövsiyə yayıb.
QMİ-nin mətbuat xidmətinin məlumatında bildirilir ki, qurban kəsmək həcc ziyarətində olan zəvvarlara vacibdir. "Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətindən fəqir və kasıb ailələrə paylamaq gərəkdir ki, onlar bayram ab-havasını yaşasınlar - bu, böyük savabdır".
Tövsiyədə qurban kəsilən heyvanın sağlam və kök olması, qurbanın qoyun, keçi, öküz, inək və dəvə ola biləcəyi vurğulanır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalı, keçi və qoyun bir, öküz və inək iki, dəvə isə beş yaşnda olmalıdır.
Qurban ətinin satılması haramdır.
Xırdabuynuzlu heyvan (qoyun, keçi) bir nəfər üçün kəsilməlidir, amma bir neçə şəxs cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsə bilər.
"Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissənin fəqir və kasıb ailələrə, üçüncü hissənin isə hədiyyə kimi qohum-əqrəbalara paylanmalıdır", deyə tövsiyədə bildirilir.
Bu il Azərbaycanda Qurban Bayramı avqustun 22-23-də qeyd edilir. Bu günlər qeyri-iş günü elan edilib. -06D-
-
- İqtisadiyyat
- 15 Avqust 2018 16:17
-
- Cəmiyyət
- 15 Avqust 2018 17:06
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz