3 saytın bloklanması ilə bağlı məhkəmə olacaq
Bakı/08.08.18/Turan: Avqustun 8-də Bakının Səbail Rayon Məhkəməsində xural.com, arqument.az saytlarının, Yasamal rayon Məhkəməsində isə monitortv.info saytının bloklanması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin müraciətinə baxılacaq.
Bu barədə saytların rəhbərləri məlumat yayıb.
Elektron Təhlükəsizlik Xidməti bu saytlara xəbərdarlıq edib ki, səhifələrində prezidentin köməkçisi Əli Həsənovla bağlı dərc etdikləri məqalələri saytdan çıxarsınlar. Saytların rəhbərləri məqalələrin tənqidi xarakter daşıdığını, təhqir və ya böhtanın olmadığını bildirir.
Bununla yanaşı, xural.com saytının baş redaktoru Əvəz Zeynallı nazirlikdən xəbərdarlıq almadığını, lakin məhkəməyə çağırıldığını bildirib.
"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bizi məhkəməyə veribmiş. Təfərrüatlar haqqında heç bir məlumatım yoxdur", deyə Zeynallı qeyd edib.
Avqustun 7-də Səbael Rayon məhkəməsi az24saat.org saytının bloklanması barədə qərar qəbul edib.
Saytın rəhbəri Vüqar Qurdqanlı bildirib ki, bundan öncə Elektron Təhlükəsizlik Xidməti xəbərdarlıq edib ki, prezidentin köməkçisi Əli Həsənovun adının çəkildiyi 4 yazı 8 saat ərzində silinməlidir.
Baş redaktor bildirib ki, tələb qanunsuz və anlaşılmaz olduğu üçün yazılar silinməyib.
Saytların bloklanması 2017-ci ilin martından başlanıb. Belə ki, heç bir xəbərdarlıq edilmədən Azadlıq Radiosunun azadliq.org, "Azadlıq" qəzetinin azadliq.info, Meydan TV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və "Azərbaycan saatı" televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb. Yalnız 2017-ci ilin mayın 12-də Səbail rayon Məhkəməsi bu saytlara gtrişin bloklanması ilə bağlı qərar qəbul edib.
Xatırladaq ki, 2017-ci il martın 10-da Milli Məclis "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi" və "Telekommunikasiya haqqında" qanunlara dəyişiklik edərək internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydalarını qəbul edib. -0-
Cəmiyyət
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz