ABB-nin vəsaitlərinin mənimsənilməsi işi üzrə prosesdə
Bakı/15.02.19/Turan: Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankı ASC-nin keçmiş rəhbəri Cahangir Hacıyev, biznesmen Dünyamin Xəlilov və həmin maliyyə müəssisəsinin vəsaitlərinin mənimsənilməsi işi üzrə ittiham olunan digər 19 nəfərin məhkəmə prosesi davam edib. Prosesdə D.Xəlilov dövlət ittihamçısının suallarını cavablandırıb.
O bildirib ki, yaratdığı MMC-də auditor və vergi yoxlamaları aparılıb, pozuntu aşkar edilməyib.
"City Delorat" şirkətinin ABB-yə 59 mln. manat məbləğində borcu barədə prokurorun sualının cavabında o bildirib ki, şirkət binaların elektrik enerjisi ilə təchiz edilməsilə məşğul olub və vəsaiti vətəndaşların köçürülməsinə, transformatorların alınmasına və quraşdırılmasına xərcləyib.
Sonra məhkəmədə müttəhim Samir Hacıyev dindirilib. O bildirib ki, "General Consalting" İT şirkətində mütəxəssis kimi çalışıb. "D.Xəlilov deputat seçildikdən sonra onun hüquqşünası mənə imzalamaq üçün sənəd gətirdi. Mən tələskənlik etdim və sənədi imzaladım. Sonra Xəlilov "Sigma line" şirkətinə rəhbərlik etməyi mənə təklif etdi. Mən razılaşdım. Sonra mühasib mənə imzalamağa sənədlər gətirdi və dedi ki, Dünyamin müəllim xahiş edir ki, onları imzalayım. Mən baxmadan imzaladım. Sonra məlum oldu ki, bunlar Gürcüstanda çoxmərtəbəli evin inşası üçün kredit almaqdan ötrü sənədlər imiş", - müttəhim deyib. O bildirib ki, 600 manat maaş alıb, hətta şirkətdə işləmədiyi vaxtlarda Xəlilovun xahişilə banka gedərək sənədləri imzalayıb, pul götürüb və Xəlilova verib.
Ümumilikdə, S.Hacıyev 12 mln. manatdan çox kreditin alınmasına dair sənəd imzalayıb.
Sonra prosesdə müttəhim Sərxan Rəsulov dindirilib. O bildirib ki, Xəlilovun şirkətlərindən birində direktor vəzifəsində çalışıb. "Məni 40 min manatı mənimsəməkdə ittiham edirlər. Mən, sadəcə, mühasiblə banka gedib sənədləri imzalamışam. Mən rəhbər kimi Xəlilova inanırdım. Onun pulları nəyə xərclədiyini bilmirəm. Mən onun göstərişlərini yerinə yetirirdim. Sonra biz əmlak satdıq və banka 610 min manat ödədik", - o deyib. Onun sözlərinə görə, C.Hacıyevi ancaq televizorda görüb, şəxsən tanımır.
Prosesdə fasilə elan edilib.
*Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il azadlıqdan məhrum edib.
C.Hacıyev və digər yeddi nəfər külli miqdarda ziyan vurmaqla sui-istifadə, dələduzluq, mənimsəmə, israfçılıq, vəzifə səlahiyyətini aşmaq, rüşvət verməkdə təqsirli bilinib.
Dekabrın sonunda baş prokuror bildirib ki, C.Hacıyevə qarşı yeni maddə - külli miqdarda vəsaitin mənimsənilməsi, cinayətkar yolla əldə edilmiş vəsaitin leqallaşdırılması, vergidən yayınma və s. üzrə ittiham irəli sürülüb.
O, real dəyəri olmayan veksellerin alqı-satqısına dair ümumı məbləği 3.4 milyard dollar və 987 milyon avro həcmində sövdələşmələr bağlamaqda ittiham olunur.
Istintaqın bildirdiyinə görə, C.Hacıyevin göstərişi ilə ümumi məbləği 900 mln. manat həcmində pul vəsaitinin manat və xarici valyutada leqallaşdırılması məqsədilə çoxsaylı kredit müqavilələri bağlanıb. Həmin vəsaitlər mənimsəmə məqsədilə bankın hesabından başqa hesablara köçürülüb.
İstintaq C.Hacıyevi keçmiş deputat Dünyamin Xəlilov və digər 20 nəfərlə birlikdə 4,7 milyard manatı məminsəməkdə ittiham edib.
Bundan əlavə, istintaqın məlumatına görə, C.Hacıyev D.Xəlilov (2011-2014-cü illərdə "Aztorq" MMM-nin faktiki rəhbəri olub) ilə birlikdə 1 mln. 752 min manat məbləğində vəsaiti dövlət büdcəsinə ödəməyib.
C.Hacıyev və D.Xəlilov bütün ittihamları rədd ediblər.-21С-
-
- İqtisadiyyat
- 15 Fevral 2019 16:35
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz