ABŞ mütəxəssisləri İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində Azərbaycanda təlim keçirlər
Bakı/06.10.17/Turan: ABŞ Dövlət Departamentinin İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün təlim keçirilib. Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasında keçirilən təlim oktyabrın 2-dən 6-dək davam edib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatına görə, təlimin açılışında İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramının ABŞ səfirliyindəki müşaviri Kiç Roberts bildirib ki, təmsil etdiyi layihə Azərbaycanda 1999-cu ildən icra olunur və layihə çərçivəsində uzun müddətdir Dövlət Gömrük Komitəsi ilə səmərəli əməkdaşlıq əlaqələri qurulub.
Kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahəsində Azərbaycanın etibarlı tərəfdaş olduğunu qeyd edən Kiç Roberts indiyə qədər ABŞ tərəfindən Azərbaycana avadanlıq və təlim şəklində yardım göstərildiyini diqqətə çatdırıb. Hər hansı qurumun səmərəli fəaliyyətinin başlıca şərtlərindən birinin əməkdaşların potensialının, bilik və bacarıqlarının artırılması olduğunu vurğulayan amerikalı ekspert Dövlət Gömrük Komitəsinin Akademiyasını nümunə göstərməklə Azərbaycan gömrüyünün bu sahədə atdığı addımların təqdirəlayiq olduğunu söyləyib.
Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahəsində Azərbaycanda görülən işlər, müvafiq qanunvericilik bazası barədə iştirakçıları məlumatlandırıb.
Cavad Qasımov bu sahədə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib və bu istiqamətdə həyata keçirilən tədbirlərdən də bəhs edib.
Baş İdarənin rəisi gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılması sahəsində göstərilən dəstəyin ümumi işə faydasına toxunub və növbəti təlimin də gömrük əməkdaşlarının potensialının artırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.
Təlimin ikinci mərhələsi oktyabrın 9-13-də davam etdiriləcək. Ümumilikdə, iki həftə davam edəcək təlim çərçivəsində amerikalı ekspertlər Ellen Stemi, Timoti Habler, Deyv Kinni və Riçard Libbi tərəfindən iştirakçılara kütləvi qırğın silahları (kimyəvi, bioloji, nüvə və raket) barədə məlumat veriləcək, həmin silahların aşkar edilərək müvafiq tədbirlərin həyata keçirilməsinin üsulları öyrədiləcək. Təlim iştirakçıları radioloji silahlar barədə də məlumatlandırılacaq.
Praktiki məşğələlərin də keçiriləcəyi təlimlərə Dövlət Gömrük Komitəsinin və digər hüquq- mühafizə orqanlarının əməkdaşları cəlb edilib. -03B-
Cəmiyyət
-
Azərbaycana İrandan gətirilən bəzi şirniyyatlarda GMO (genetik materialı dəyişdirilmiş orqanizmlərə verilən addır) aşkarlanıb. "Qida təhlükəsizliyi haqqında" Qanuna görə, qeydiyyatdan keçməyən genetik modifikasiya olunmuş yem məhsullarının istehsalı, emalı, dövriyyəsi qadağandır. Qeydiyyata alınması üçün həmin məhsullar həyat və sağlamlığa zərərli olmamalı, istehlak xüsusiyyətləri ilə bağlı istifadəçilər aldadılmamalıdırlar.
-
Ölkədə qış mövsümündə havaların soyuq keçməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının artması müşahidə olunur. Bununla əlaqədar adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
-
Yanvarın 17-də Bakıda hava tutqun olacaq, səhər və axşam yağıntı gözlənilir. Şimal-qərb küləyi cənub-şərq küləyinə keçəcək.
-
Yanvarın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ordubad rayon və Lənkərna rayon şöbələrinin iki fəalı polis tərəfindən saxlanılıb.
Ermənistan- ABŞ sazişi. İsrail- HƏMAS atəşkəsi. Rusiya təklənir? – Rauf Mirqədirov Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:04
- 337
Rəy yaz