ADP funksioneri mitinqdə iştiraka görə işdən çıxarılıb
Bakı/06.10.17/Turan: Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin müavini, 5 ildir ki, Bakı Şəhər Təcili Yardım Stansiyasında həkim işləyənHəsrət Rüstəmov bu gün işdən çıxarılıb. Bu haqda Turan-a H. Rüstəmov özü bildirib.
O, işdən çıxarılmağının sırf siyasi motivlərlə bağlı olduğunu deyib: "Demokratik Qüvvələrin Milli Şurasının sentyabrın 23-də keçirdiyi aksiyadan sonra mənə təzyiqlər başladı. Ancaq heç düşünməzdim ki, təzyiqlər bu səviyyəyə çatacaq. Axı hər zaman ictimai-siyasi fəaliyyətim göz önündə olmuşdu, mediaya açıqlamalarım davamlı idi, ancaq təzyiqlər bu həddə gəlib çatmamışdı". H.Rüstəmov güman edir ki, baş həkimə lap yuxarı səviyyədə göstəriş olub.
Onun sözlərinə görə, əvvəlcə cəza vermək istəyiblər, ancaq işində qüsur tapılmayıb, ardınca artıq işdən çıxarılmağı üçün göstəriş verildiyi barədə məlumat əldə edib: "B gün işə Bakı Şəhər Təcili Yardım Stansiyasının 3 saylı bölməsinə, iş yerimə getdim, müdir barəmdə əmr olduğunu bildirərərk işə buraxmadı. Amma əmri özümə təqdim etməyiblər".
H.Rüstəmov bu addımı əmək hüquqlarının pozulması adlandırıb və hüquqlarını sonadək müdafiə edəcəyini bildirib.
Bakı Şəhər Təcili Yardım Stansiyasından H.Rüstəmovun işdən çıxarılmasının səbəblərini şərh etməyiblər.
Xatırladaq ki, ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, Milli Şuranın sentyabrın 23-də keçirdiyi mitinqdə iştiraka görə Demokrat Partiyasının finksionerləri Zakir Həsənov, Nurəddin İsmayıl və Həsrət Rüstəmovu polis idarələrində sorğu -sual ediblər .-05B-
-
- Siyasət
- 6 Oktyabr 2017 17:24
Cəmiyyət
-
Azərbaycana İrandan gətirilən bəzi şirniyyatlarda GMO (genetik materialı dəyişdirilmiş orqanizmlərə verilən addır) aşkarlanıb. "Qida təhlükəsizliyi haqqında" Qanuna görə, qeydiyyatdan keçməyən genetik modifikasiya olunmuş yem məhsullarının istehsalı, emalı, dövriyyəsi qadağandır. Qeydiyyata alınması üçün həmin məhsullar həyat və sağlamlığa zərərli olmamalı, istehlak xüsusiyyətləri ilə bağlı istifadəçilər aldadılmamalıdırlar.
-
Ölkədə qış mövsümündə havaların soyuq keçməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının artması müşahidə olunur. Bununla əlaqədar adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
-
Yanvarın 17-də Bakıda hava tutqun olacaq, səhər və axşam yağıntı gözlənilir. Şimal-qərb küləyi cənub-şərq küləyinə keçəcək.
-
Yanvarın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ordubad rayon və Lənkərna rayon şöbələrinin iki fəalı polis tərəfindən saxlanılıb.
Rəy yaz