Müsavat Partiyası oktyabrın 21-də etiraz aksiyası keçirəcək
Bakı/06.10.17/Turan: Müsavat Partiyası Bakıda etiraz yürüşü keçirməyə qərar verib. Bu haqda partiyanın məlumatında bildirilir.
Aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərilib. Yürüşün oktyabr 21-də saat 15:00-dan 17:00-dək keçirilməsi planlaşdırılır. Müsavat meriyaya aşağıdakı iki marşrutu təklif edib: "Azadlıq prospekti" metro - stansiyasından "Dərnəgül" stansiyasınadək və ya keçmiş Əzizbəyov heykəlinin qarşısındakı meydandan Hüseyn Cavid bağınadək.
Yürüş "Qarabağa azadlıq!", "Siyasi məhbuslara azadlıq!", "Xalqdan oğurlanan milyardlar geri qaytarılsın!", "Sərbəst toplaşmaq azadlığı təmin edilsin!" və digər şüarlarla keçiriləcək.
Digər müxalif birlik - Demokratik Qüvvələrin Milli Şurası da sentyabrdan Bakıda etiraz aksiyalarının keçirilməsinə qərar verib. Sentyabrın 23-də ilk aksiya keçirilib. Milli Şuranın növbəti mitinqi isə oktyabrın 7-də "Məhsul" stadionunda keçiriləcək. Aksiya Bakı Şəhər İcra Hakimiyyətilə razılaşdırılıb.-05D-
Siyasət
-
Yanvarın 16-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanı ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 11-ci görüşündə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası istiqamətləri müəyyən edilib. Bu barədə Azərbaycanın Ermənistanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının məlumatında deyilir.
-
“USAİD-in 2024-cü il 1 iyul tarixindən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil”, - Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bugünkü mətbuat konfransında bildirib.
-
Azərbaycan və Gürcüstan hər zaman regionda sülhün və sabitliyin tərəfdarı olublar,- cümə axşamı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyası Lənkəran şöbəsinin fəalı Ramil Eynəliyev "polisə tabe olmamaq" ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilib.
Rəy yaz