ABŞ səfirliyi Masallıda qadın sahibkarlar üçün iftar süfrəsi açıb
ABŞ-ın müvəqqəti işlər vəkili William Gill Masallıda yerli qadın sahibkarlar və digər icma üzvləri üçün iftar süfrəsi açıb. Masallı İcra Hakimiyyətinin sədr müavini Aybaniz Qafarova, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və BMT-nin İnkişaf Proqramının (BMT İP) nümayəndələri iftar naharında iştirak ediblər.
Səfirliyin müvəqqəti işlər vəkili Gill qeyd edib ki, bu il müqəddəs Ramazan ayı ilk müsəlman parlament respublikası olan və qadınlara səs hüququ verərək gender bərabərliyini bərqərar edən ilk müsəlman dövləti Azərbaycan Demokratik Respublikasının (ADR) 100 illik yubileyi ilə eyni vaxta təsadüf edir. O, ADR-in zəngin irsini və bu irsin qadınların nailiyyətləri və onların cəmiyyətdə mühüm rolları vasitəsilə yaşadığını qeyd etdi. ABŞ səfirliyi iftarda iştirak edən qadınların çoxunun ABŞ-ın İnkişaf Agentliyinin (USAID) və BMT İP-in dəstəyindən faydalanaraq kiçik müəssisələr yaratmasından və özləri, ailələri və cəmiyyətləri üçün yeni imkanlar yaratmasından məmnundur.
ABŞ-da Ramazan ayı Tunisin ABŞ-dakı səfiri Sidi Süleyman Mellimellinin şərəfinə Prezident Tomas Jeffersonun iftar naharından başlayaraq 200 ildən artıqdır ki qeyd olunur. Bu gün 3 milyondan çox amerikalı müsəlman Ramazanda bir araya gələrək sülh, xeyriyyə və bağışlama kimi ümumi dəyərlərimiz üzərində düşünür. Xəbəri ABŞ səfirliyi yayıb.-0-
-
- Cəmiyyət
- 6 İyun 2018 11:34
Cəmiyyət
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz