ABŞ səfirliyi Qrin Kart Viza lotereyası ilə bağlı dələduzluq barədə xəbərdarlıq edib
Bakı/14.05.19/Turan: ABŞ-ın Azərbaycandakı səfirlıiyi 2020-ci ilin Qrin Kart Viza lotereyasındakı saxtakarlıqla bağlı xəbərdarlıq yayıb.
Səfirlik Viza lotereyası proqramının ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayının əhəmiyyətli dərəcədə artması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edib.
"Bu cür saxta elektron poçt və məktubların müəllifləri Qrin Kart proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər. Bundan əlavə, yerli viza təşkilatları, Qrin Kart lotereyasına daxil etmək məqsədilə sizə şəxsi məlumatları vermək üçün müraciət edə bilər. Bu təşkilatlar yalnız öz maraqlarını güdür. ABŞ səfirliyi heç bir yerli "Greencard" təşkilatı ilə əməkdaşlıq etmir və ya dəstək göstərmir", - xəbərdarlıqda deyilir.
Səfirlik bildirir ki, yalnız rəsmi Dövlət Departamentinin saytı vasitəsilə heç kimə ödəniş ödəmədən ərizəni yoxlaya bilərsiniz: http://www.dvlottery.state.gov.
""Əgər siz bu cür fırıldaqçılıq əməlinin qurbanı olduğunuzu hesab edirsinizsə və yaxud fırıldaq məqsədilə sizə müraciət olunubsa, xahiş edirik bu haqda bizə Facebook səhifəmiz vasitəsilə və yaxud Consularbaku@state.gov elektron poçt ünvanına müraciət etməklə məlumat verəsiniz", - səfirliyin məlumatında deyilir.06D-
-
- Siyasət
- 14 May 2019 13:25
Cəmiyyət
-
Cinayət tərkibinin əlamətləri olmayan məişət zorakılığı barədə şikayətə baxılması qaydası müəyyənləşdirilib. Prezident İlham Əliyev bununla bağlı "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna dəyişikliyi təsdiqləyib.
-
Bu gün, yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qız sessiyası başlayır. Ötən həftə (yanvarın 21-də) bir qrup beynəlxalq insan haqları qurumları AŞPA-nı Azərbaycan nümayəndə heyətinin mandatını bərpa etməməyə, yaxud bunu "aydın" şərtlərlə etməyə çağırıb. "Azərbaycanın vətəndaş cəmiyyəti, müstəqil media və siyasi narazıların artan repressiyası Avropa Şurasının dəyərlərini pozmaqdadır. Azərbaycan beynəlxalq mexanizmlərlə israrla əməkdaşlıq etmir, sistematik insan haqları pozuntularını aradan qaldırmır", - AŞPA-ya məktubda deyilir.
-
Yanvarın 31-dək sənədlərini Səhiyyə Nazirliyinə təqdim etməyən plastik cərrahların şəhadətnamələri ləğv ediləcək. Bu barədə yanvarın 27-də Səhiyyə Nazirliyi məlumat yayıb.
-
Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gündüz yarımadanın bəzi yerlərində az çiskinli olacaq. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 3-6, gündüz 7-11 dərəcə isti olacaq.
Rusiyaya qarşı dönən çarxlar, Milli Şuranın bu məsələdə adının hallandırılması... – Cəmil Həsənli Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:46
- 302
-
- Cəmiyyət,
- 14:38
- 350
-
- Söz istəyirəm,
- 12:21
- 378
Rəy yaz