Brüsseldə İlham Əliyevlə Nikol Paşinyanın qısa söhbəti
Bakı/14.05.19/Turan: Aİ "Şərq tərəfdaşlığı" konfransında iştirak edən Azərbaycan prezidenti və Ermənistanın baş naziri mayın 13-də qısa söhbət ediblər. Bu barədə Nikol Paşinyan "Azatutyun" radiosuna bildirib.
"Hər hansı münaqişəni ancaq əlaqədar tərəflərdən birinin maraqlarına əsasən həll etmək olmaz. Odur ki, mən hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolundakı əsas maneə Qarabağla danışmamaqla bağlı Azərbaycanın mövqeyidir. Həqiqət ondan ibarətdir ki, bu münaqişənin üç tərəfi var - Azərbaycan, Dağlıq Qarabağ və Ermənistan. Biz hesab edirik ki, bu münaqişənin həlli üçün uyğun danışıqlar çərçivəsinin olması çox vacibdir", - Paşinyan deyib.
"Azərbaycan prezidenti ilə danışdınızmı?" sualnın cavabında Paşinyan deyib: "Bəli, cari vəziyyətlə bağlı qısa söhbət oldu".
"Əliyevlə bir daha görüşməklə bağlı planınız varmı?" sualına Paşinyan belə cavab verib: "Hələlik plan yoxdur. Ancaq mən əminəm ki, danışıqlar davam edəcək. Dağlıq Qarabağın danışıqlar masasına qayıtması lazımdır, bu, çox vacibdir. Dağlıq Qarabağ olmadan problemin real nizamlanması mümkün deyil". -02D-
Siyasət
-
Demokratik Qüvvələrin Milli Şurası tərəfindən tərtib edildiyi iddia edilən saxta sənəd ətrafında qalmaqal 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərində siyasi müdaxilə və manevrlərlə bağlı suallar doğurub.
-
Fransa Xarici İşlər Naziri Jan-Noel Barro şənbə günü Azərbaycanı Yeni Kaledoniya və digər Fransız dənizaşırı ərazilərində vəziyyəti qeyri-sabitləşdirməyə cəhd etməkdə ittiham edib. Sosial media platforması X-də etdiyi açıqlamada Barro bildirib: "Bakı qrupu bir daha Yeni Kaledoniyada milli siyasi həyatımızı qeyri-sabitləşdirməyə çalışıb. Azərbaycanın dənizaşırı ərazilərimizdəki bu mənasız cəhdləri qəbuledilməzdir və dərhal dayandırılmalıdır."
-
Azərbaycanın müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı, polkovnik-general Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Metin Gürak ilə görüşüb.
-
Bakı-Moskva münasibətlərində AZALın təyyarə qəzasından sonra başlayan soyuqluq, deyəsən, güclənir. Bakı getdikcə tez-tez Moskvaya təyyarənin qəzaya uğramasının və vətəndaşlarının həlak olmasının üstünü örtməyə imkan verməyəcəyini göstərir.
Rəy yaz