Aksiya iştirakçısı: "Mehman Hüseynovun cinayət işində zərərçəkmiş Əli Abdalova "el qınağı" etmək istəyirdik"
Bakı/04.01.19/Turan: Yanvarın 3-də Bakıda Neftçilər metrosu yaxınlığında "Mehman Hüseynova azadlıq!", "Siyasi məhbuslara azadlıq!" şüarları ilə keçirilən piket zamanı tutularaq Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə aparılan fəallardan jurnalist Sevinc Vaqifqızı və AXCP üzvləri Gülnarə Akifqızı, Yeganə Əliyeva, Dilarə Miriyeva şifahi xəbərdarlıq edilərək Bakı vaxtı ilə saat 22.20 radələrində azad buraxılıb. Saat 23 radələrində isə fəallar Fatimə Mövlamlı, Məlahət Yaqubova və Pərvin Abuşova Nizami Rayon Məhkməsində xəbərdarlıq edilərək azad buraxılıb.
Nizami Rayon Məhkəməsində bu gün Əfqan Sadıqov (jurnalist, azel.tv saytı), Fərid Abdinov (jurnalist, Azad söz saytı), Nurlan Qəhrəmanov (Kanal13 internet televizyasının müxbiri) və AXCP fəalları Elmxan Ağayev, Səxavət Nəbiyevin işlərinə baxılıb, yanvarın 4-də məhkəmənin onlar barədə qərar çıxaracağı gözlənilir. Qeyri-rəsmi məlumatlara görə fəallar İnzibati Xətalar Məcəlləsinin 513.2 maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə ittiham edilir.
Biz fəallar yığılaraq Mehman Hüseynova qarşı cinayət işinin qaldırılması zamanı guya zərərçəkmiş kimi tanınan 14 saylı cəzaçəkmə müəssisəsinin rejim-nəzarət şöbəsinin böyük inspektoru Əli Abdalovun evinin qarşısında "el qınağı" məqsədi ilə aksiya keçirmək istədik.
Aksiya iştirakçısı Dilarə Miriyeva
Dilarə Miriyeva Turana bildirib ki, polisdə onlardan aksiyanı keçirməkdə məqsədləri və aksiyanın təşkilatçıları barədə sorğu-sual ediblər.
"Biz bildirdik ki, günahsız bloger Mehman Hüseynova qarşı yenidən cinayət işi qaldırılması bir ana, qadın kimi bizi narahat edir. O artıq 8 gündür aclıq keçirir. Biz fəallar yığılaraq Mehman Hüseynova qarşı cinayət işinin qaldırılması zamanı guya zərərçəkmiş kimi tanınan 14 saylı cəzaçəkmə müəssisəsinin rejim-nəzarət şöbəsinin böyük inspektoru Əli Abdalovun evinin qarşısında "el qınağı" məqsədi ilə aksiya keçirmək istədik. Bu zaman onun anasının xəstə olduğunu öyrəndik. Fəallar Abdalovdan fərqli hərəkət edərək onun anasını incitməmək qərarına gəldi və aksiyanı Abdalovun evinin yaxınlığında, Neftçilər metrosunun qarşısında keçirdik," xanım Miriyeva Amerikanın Səsinə deyib.
Rəsmi qurumlar bu gün keçirilən etiraz aksiyasına hələ münasibət bildirməyib.
Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.
Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.
Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.-0-
-
- Cəmiyyət
- 3 Yanvar 2019 17:11
-
- Söz istəyirəm
- 4 Yanvar 2019 10:37
Cəmiyyət
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
Rəy yaz