Allahşükür Paşazadə: �Nə qədər sağam, sədr olaraq qalacağam�
Bakı/21.12.17Turan: "Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qurultaya ehtiyacı yoxdur", - QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə dekabrın 21-də "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda jurnalistlərə bildirib.
A.Paşazadə bir neçə il öncə qurultay olduğunu və ömürlük sədr seçildiyini bildirib: "Nə qədər həyatım var, yaşayıram, sədr olaraq qalacağam".
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin 2003-cü ildə keçirilmiş XI qürultayında şeyxülislam A.Paşazadə ömürlük QMİ sədri seçilib. Bu təkliflə adı çəkilən qurultayda Naxçıvan dindarları çıxış ediblər. -05B-
Cəmiyyət
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
-
Polis Bakıdakı 210 saylı məktəbdə uşaqları onlayn oyunlarda iştiraka çağıran yazıların yayılması ilə bağlı araşdırma aparıb.
-
Fevralın 8-dən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib.
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
Rəy yaz