Bakıda həbsxanalara ictimai nəzarətə dair seminar keçirilib
Bakı/21.12.17/Turan: Dekabrın 21-də Bakıda BMT İnkişaf Proqramının (UNDP) "Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi" layihəsi çərçivəsində Azərbaycanın regionlarından olan vətəndaş cəmiyyəti fəalları üçün növbəti, beşinci seminar keçirilib. Seminar "BMT-nin və Avropa Şurasının üzvü olan ölkədə ictimai nəzarət" mövzusuna həsr olunub.
Layihə Azərbaycan İnsan Hüquqlarını Müdafiə Mərkəzinin (AİHMM) tərəfdaşlığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir.
Tədbirdə Şəki və Gəncədən çoxsaylı QHT fəalları iştirak ediblər.
Bakı Dövlət Universitetinin professoru Kamil Səlimov penitensiar müəssisələr üzərində mövcud dövlət və ictimai nəzarət mexanizmlərinin icmalını təqdim edib, penitensiar sistem xaricindəki azadlıqdan məhrumetmə yerləri barəsində məlumat verib.
O, BMT-nin və Avropa Şurasının üzvü olan ölkə qismində Azərbaycanda ictimai nəzarətin xüsusiyyətlərinə böyük diqqət yetirildiyini bildirib.
Dekabrın 22-də azadlıqdan məhrumetmə yerlərinə ictimai və dövlət nəzarəti mexanizmlərinin qarşılıqlı fəaliyyətinə həsr olunmuş daha bir seminarın keçirilməsi nəzərdə tutulub. -03D-
Cəmiyyət
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
-
Polis Bakıdakı 210 saylı məktəbdə uşaqları onlayn oyunlarda iştiraka çağıran yazıların yayılması ilə bağlı araşdırma aparıb.
-
Fevralın 8-dən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib.
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
Rəy yaz